Accessibility links

"Zeta" kartelinin başçısı ələ keçirildi


Meksika hökumətinin bildirdiyinə görə, ölkədə narkotik maddələr alveri ilə məşhur olan "Zeta" kartelinin başçısı həbs edilib. Kartelin başçısı Migel Ancel Trevinonun bazar ertəsi sərhəd Nuevo-Laredo şəhərində Meksika Dəniz Piyadaları əsgərləri tərəfindən ələ keçirildiyi deyilir.

Ləqəbi "Z-40" olan Trevino adam oğurlama, qətl və işgəncə daxil edilməklə, bir sıra cinayətdə ittiham edilir. 2010-cu ildə ölkənin şimalında 72 nəfərin qətlində də əli olan "Zeta" Meksikada uzun zamandır narko-kartellər arasında gedən mübarizədə iştirak edir.

Bundan əvvəl Birləşmiş Ştatlar Trevinonun ələ keçirilməsinə yardım edənə 5 milyon dollar vəd etmişdi.

Travino "Zeta" kartelinin başına keçən il sələfi Heriberto Laskanonun dəniz piyadaları ilə atışma zamanı öldürüldüyündən sonra gəlmişdi.

Amerika İcmalı

Amerika İcmalı - 24 Sentyabr 2021
please wait

No media source currently available

0:00 0:28:23 0:00
XS
SM
MD
LG