Accessibility links

Meksikada narkotik kartel üzvləri polisə hücum edib


Həftə sonu Meksikanın şimal-şərqində təhlükəsizlik qüvvələri ilə narkotik kartel üzvləri arasında baş verən şiddətli qarşıdurmalar 20 nəfərin ölümünə və bir neçə nəfərin yaralanmasına səbəb olub. Ölənlər arsında polislər də var.

Meksika prezidenti Andres Manuel Lopez Obrador ABŞ prezidenti Donald Trampa böhranla bağlı ölkəyə "kömək" təklif etdiyinə görə təşəkkür edib.

Obrador çıxışında deyib: "Prezident Donald Trampa Kuliakandakı şiddət böhranına göstərdiyi diqqətə görə minnətdarıq. Xüsusilə LeBaron və Lanqford ailələrindən olan üç qadının və altı uşağın həyatını itirdiyi zaman göstərdiyi diqqəti üçün. Hər iki halda da ABŞ prezidenti başsağlığı verib, kömək təklif edib. O, bizə yardım təklif etdiyi zaman bizim azadlıq və müstəqilliklə bağlı suveren haqqlarımızı da hörmətlə qarşılayıb."

Obrador prezidentliyinin ilk ilini qeyd etmək üçün bazar günü Mexiko Mərkəzi Meydanındakı mitinqdə çıxış edib.

Çaxnaşmalar şənbə günü kartel üzvlərinin Texas sərhədi yaxınlığındakı Villa Union qəsəbəsindəki bələdiyyə binasına pikap maşınları ilə basqın etdikləri zaman baş verib. Bələdiyyə binasına bir saata yaxın hücumlar törədilib.

Şimal Koahuila əyalətinin hökuməti yerli təhlükəsizlik qüvvələrinin şənbə və bazar günləri 14 silahlını öldürdüyünü söyləyib. Toqquşmada 60-dan çox silahlının iştirak etdiyi və 17 nəqliyyat vasitəsinin ələ keçirildiyi bildirilib.

Bu hücumlar kartellərin dövlət orqanlarına qarşı yarı-hərbi əməliyyatlara əl atmasının daha bir göstəricisidir.


XS
SM
MD
LG