Accessibility links

Mexikoda xilasetmə işləri davam etdirilir [Video]


Mexikoda xilasetmə işləri davam etdirilir
please wait

No media source currently available

0:00 0:02:03 0:00

Mexikoda xilasetmə işlərinə davam edilir

Cümə axşamı Enrike Rebsamen ibtidai məktəbinin dağıntıları ətrafında axtarışlar aparan xilasedicilər sağ qalanların yerini müəyyən edə blmək üçün ətrafdakı insanlardan səssiz olmağı tələb edirdi. Çökmüş divarların altından 20-si məktəbli uşaq olmaqla, xeyli sayda insanın cəsədi çıxarıldı. Yerli və beynəlxalq qurumlar isə xilasetmə əməliyyatlarına qoşulmağa davam edir. Panama Meksikaya yardım göndərən ilk ölkələrdən biri olub.

Meksikanın xarici işlər naziri cümə axşamı jurnalistlərə bildirib ki, Panama və El-Salvador Meksikada xilasetmə işlərinə kömək etmək üçün ekipaj və avadanlıqlar göndərən ilk ölkələr olub. İsrail, Yaponiya və ABŞ-dan isə əraziyə zəlzələ xilasetmə mütəxəssisləri gəlib.

Meksika xarici işlər naziri bildirib ki, zəlzələdən sonra digər ölkələr də binalarda və infrastrukturda zərəri qiymətləndirmək üçün müxtəlif sahələrdən olan mütəxəssislər göndərib. Sakinlərin çoxu evdə qalmağın təhlükəsiz olub-olmadığından əmin deyil.

Zəlzələ baş verdikdən sonra Mexiko şəhərində təxminən 50 bina çöküb, xeyli sayda binada isə çatlar əmələ gəlib.

Könüllülər Amerikanın Səsinə bildiriblər ki, dağılmış mənzillərin tikintisinə başlamaq üçün onları kifayət qədər resursları yoxdur.

Mexiko şəhərinin böyük bir hissəsi zəlzələyə o qədər də davamlı olmayan qədim göl yatağının üzərində tikilib.

XS
SM
MD
LG