Ukrayna münaqişəsinin baş qaldırmadından bəri ukraynalılar Minsk razılığının şərtlərinə əməl edilməsi ilə bağlı Qərb və Rusiyanın təzyiqləri altındadır. Baxmayaraq ki, Rusiya lazımi təhlükəsizliyi təmin etməkdən imtina edir. Ukraynalıların əksəriyyəti Donetsk və Luqans bölgələrinə muxtariyyət verilməsi fikrindən narahatdır. Onlar bunun ərazi itirilməsinə yol açacağını düşünür.
Nümayişçilərin qanları axıdılan küçələr yuyulub təmizlənib. Lakin insanlar o xatirələrin dəhşətini hələ də yaşamaqdadır.
Kiyev sakini Mıkola Andriyevski: “Buraya gəldikdə çoxsaylı insan cəsədi gördüm. Cəsədləri mehmanxana qarşısına yığmışdılar. Mən cəsədləri daşıyan insanlara yardım etməyə başladım.”
İki il sonra elan edilməmiş müharibə şərqə uzanır. Ukraynalılar münaqişəyə son qoyacaq Minsk razılığının şərtlərinə əməl edilməsi təzyiqləri altındadır.
Razılığa əsasən hazırda rusiyapərəst separatistlərin nəzarətində olan Donetsk və Luqans bölgələrinə muxtariyyət verilməsi ilə Ukrayna konstitusiyasına dəyişiklik edilməlidir. Bu, ukraynalıların qəbul edəcəyi şərt deyil.
Qanunverici Aleks Rabçin: “Bir regiona müxtariyyət verilməsi ilə bağlı sülh danışıqları və ya siyasi həll mümkün deyil. Belə ki, digərləri bu insanların silah qaldırıb, pullarını və qüdrətlərini təminat altına aldığı vaxt bizim gənclər həlak olur, deyə bilər.”
Ukraynalılar razılığa əməl edilməsə, bu il Qərbin Rusiyaya qarşı sanksiyalarını yeniləşdirməməsindən ehtiyat edir.
Razılıq Ukrayna üçün zəhər ola bilər. Bunu sabiq kəşfiyyat işçisi Aleksey Arestoviç deyir.
“Minsk razılığının həyata tətbiqi səyləri ölkədə böhran yaradacaq. Əhali razılığın əleyhinədir. Bu, ölkə üçün dalana dirənmək deməkdir.”
Lakin 2014-cü ildə Meydanda verilən qurbanlar hədər olmayacaq.
Kiyev sakini Mıkola Andriyevski: “Doğrudur böyük itki verdik. Bir çox həyat itirdik. İndi iki ildən sonra gənc qadın və kişilərin həyatlarını hədər yerə qurban verdiklərini demək olmaz.”
Hazırda Ukrayna öz milli maraqları əleyhinə addımlar atmağa məcbur edilir.