Accessibility links

Həmədanda Meysəm Qulami məhkəmədə özünü ittihamlara qarşı müdafiə edib


Meysəm Qulami
Meysəm Qulami

İranda ali liderin "əfv sərəncamı" verməsinə rəğmən hökümət əleyhinə keçirilən son kütləvi etirazlar ilə əlaqədar vətəndaşların məhkəmə işi müxtəlif şəhərlərdə davam edir.

İnsan haqları üzrə fəaliyyət göstərən HRA agentliyinin xəbərinə görə, Həmədan vilayətinin Körəng (Kəbudərahəng) şəhərində Meysəm Qulami adlı bir vətəndaş çərşənbə günü İnqilab Məhkəməsinin 1-ci şöbəsində özünü ittihamlara qarşı müdafiə edib.

Kəbudərahəng İnqilab Məhkəməsi Qulamini “İslam Respublikası nizamına qarşı təbliğat fəaliyyəti göstərmək” və “ölkənin təhlükəsizliyini pozmaq məqsədilə insanları müharibəyə və bir-birlərini öldürməyə sövq və ya təhrik etmək” ittihamları ilə mühakimə edir.

Meysəm Qulami keçən ilin oktyabr ayının ilk günlərində Körəng şəhərində təşkil olunan aksiyalarla əlaqədar nəzarət altına alınmışdı.

O, təqribən 2 həftə Körəngin kəşfiyyat həbsxanası və Həmədan həbsxanasında saxlanıldıqdan sonra mülki zəmanətlə müvəqqəti olaraq sərbəst buraxılıb.

XS
SM
MD
LG