Accessibility links

MH370: Yeni tapılan hissə təyyarənin qanadına uyğun gəlib


MH370 search
MH370 search

Bir ildən artıqdır yoxa çıxan təyyarə barədə qaranlıq məqamlar tezliklə işıq üzü görə bilər

Malayziya nəqliyyat naziri bu gün bildirib ki, Hind Okeanındakı adadan keçən həftə tapılan təyyatə qanadının bir hissəsinin ötən il yoxa çıxan Malayziya Hava Yollarına məxsus təyyarənin növü ilə uyğun gəldiyi təsdiq edilib.

Nazir Liou Tionq Layın sözlərinə görə, flaperon adlanan hissənin 777 təyyarəsinə məxsus olduğunu təsdiq edənlər arasında Fransa rəsmiləri və Boeing şirkətinin nümayəndələri olub.

Nazir habelə deyib ki, təyyarədən hər hansı əlavə hissənin olub-olmadığımı müəyyən etmək üçün Malayziya Madaqasqar adasının şərqindəki Birlik adası yaxınlığında axtarışlara başlayır.

Rəsmilər qanaddan bir hissənin tapıldığı Saint Denis şəhəri yaxınlığındakı Birlik adasından əlavə ən azı bir metal qalıq hissəciyi tapıblar. Yeni tapıntı təyyarənin qapısından hissə ola bilər.

Qanaddan olan hissə daha əhatəli araşdırma üçün Fransaya aparılıb və təhqiqat çərşənbə günü başlayacaq.

370 nömrəli reyslə havaya qalxan Malayziya Hava Yollarına məxsus təyyarə 2014-cü ilin martında yoxa çıxıb. O zamandan bəri axtarılan təyyarədə ekipaj üzvü ilə birlikdə 239 nəfər olub.

XS
SM
MD
LG