Accessibility links

Məhəmməd Xatəmi müxalifət liderlərinin azadlığa buraxılmasını tələb edir


Məhəmməd Xatəmi müxalifət liderlərinin azadlığa buraxılmasını tələb edir
Məhəmməd Xatəmi müxalifət liderlərinin azadlığa buraxılmasını tələb edir

Məhəmməd Xatəmi Musəvi və Kərrubiyə qarşı göstərilən cürbəcür təzyiqlərdən, Musəvi qızlarının normal həyat, təhsil, fəaliyyət və işinə maneələr yaradılmasından təəssüfləndiyini bildirib.

Oktyabrın 26-da İranın keçmiş prezidenti Məhəmməd Xatəmi ev dustaqlığında saxlanan müxalifət lideri Mirhüseyn Musəvinin qızları ilə görüşüb. O, Mirhüseyn Musəvinin və müxalifətin digər lideri Mehdi Kərrubinin azadlığa buraxılmasını tələb edib.

“Media forum” saytının məlumatına görə, görüşdə Məhəmməd Xatəmi Musəvi və Kərrubiyə qarşı göstərilən cürbəcür təzyiqlərdən, Musəvi qızlarının normal həyat, təhsil, fəaliyyət və işinə maneələr yaradılmasından təəssüfləndiyini bildirib: “İndiki təhdid dolu həssas şəraitdə ürəklərin bir olması vacib şərtlərdəndir. Cənablar Musəvi və Kərrubinin ev dustaqlığına son qoymaqla cəmiyyətdə azad və mülayim siyasi bir atmosferin yaradılmasına ümid bəsləyirəm. Bu hamının xeyrinədir.

Hamımız mövcud təhlükə və fitnələr qarşısında ayıq olmalı, ölkənin taleyinə biganə qalmamalı, xalqın əsas hüquqlarının müdafiəsinə üstünlük verməliyik. Biz həm də bu həssas şəraitdə heç bir xarici qüvvənin ölkənin daxili işlərinə qarışmasına, buna cəsarət etməsinə imkan verməməliyik”.

XS
SM
MD
LG