Accessibility links

Mirhüseyn Musəvinin azərbaycanlı tərəfdarı tutulub


Əslən azərbaycanlı olan Mirhüseyn Musəvi 1 ildir ev dustaqlığında saxlanırdı.

İran müxalifətinin liderlərindən olan Mirhüseyn Musəvinin azərbaycanlı tərəfdarı, həkim Əlirza Dizəci tutulub. Hadisə üç gün əvvəl baş versə də, xəbər yenicə yayılıb.
Əslən azərbaycanlı olan Mirhüseyn Musəvi 1 ildir ev dustaqlığında saxlanır. O, 2009-cu ildə keçirilən prezident seçkisi zamanı əsas müxalif namizəd olub. Əlirza Dizəci həmin vaxt Musəvinin Təbrizdəki seçki qərargahında fəaliyyət göstərib.
“Media forum” saytının məlumatına görə, ETTELAAT-ın Təbriz şöbəsinin əməkdaşları Əlirza Dizəcini fevralın 17-də tutublar.
Təbrizli fəalın ailəsindən hüquq müdafiəçilərinə bildiriblər ki, ETTELAAT şöbəsindən onlara zəng edir, hədələyir, onlardan həbs barədə məlumat yaymamağı tələb edirlər.
Əlirza Dizəcinin konkret nədə günahlandırıldığı və hazırda harada saxlandığı bilinmir.


XS
SM
MD
LG