Accessibility links

Məşhurlar: "Demi Mur" (video)


Məşhurlar: "Demi Mur" (video)
Məşhurlar: "Demi Mur" (video)

Videoda səsləndirilən telefon danışığı məşhur Hollivud aktrisasi Demi Murun sağlamlığı ilə bağlı təcili yardıma zəng edərkən lentə yazılıb.

Hadisədən təşvişə düşən yoldaşları aktrisanın gecikmədən həkim müdaxiləsinə ehtiyacı olduğunu başa düşdükdə o, Şerman Oaks xəstəxanasına çatdırılır.

Məşhurlar haqda TMZ veb səhifəsində dərc olunan məqaləyə görə Demi oksidləşmiş azot maddəsindən istifadə etməsi nəticəsində xəstəxanaya düşüb.

Deminin Anasının vəziyyətindən narahat olan qızı Rumer Villis xəstəxananın həyətində mobil telefonda danışarkən olduqca əsəbi görünürdü.

Demidən ayrılma prosesində olan həyat yoldaşı Eşton Kutçer hadisə baş verən an Braziliyanın Sao Paolo şəhərində olub. Lakin indi o, Los Ancelesə qayıdıb.

Demi səhiyəsi ilə bağlı narahtlığa görə Linda Lovlesin bioqrafik kino filmində ifa etdiyi roldan imtina etməli olub. Kino filmdə onu Mariya Luiz Parker əvəz edəcək.

Ümid edirik ki, Demi sağlamlığını bərpa edib, səhnəyə qayıdacaq.

XS
SM
MD
LG