Accessibility links

Məşhurlar: Maria Shriver və Arnold Schwarzenegger (video)


Məşhurlar: Maria Shriver və Arnold Schwarzenegger (video)
Məşhurlar: Maria Shriver və Arnold Schwarzenegger (video)

Xadiməsi ilə intim münasibətləri barədə məlumat ictimaiyyətə məlum olduqdan sonra Arnold Schwarzenegger -in həyatı alt-üst olub. Sən demə məlumatı mətbuata Schwarzenegger-in həyat yoldaşı Maria Shriver sızdırıb. Deyilənə görə, Shriver Terminatordan bu ilin əvvəli ayrılıb. Amma bu məlumatın Shriver tərəfindən qəzetlərə verilməsi bir neçə ay çəkib.

TMZ-yə istinadən, Kaliforniya ştatının vaxtı ilə birinci xanımı olmuş Shriver ərinin Midred Baena və onun Schwarzenegger-dən olan oğlu barədə Arnoldun özündən xəbər tutub və qalmaqalı açıqlamaq üçün mətbuat konfransı keçirmək əvəzinə o, dostları ilə bərabər plan hazırlayaraq, məlumatı Los Angeles Times və TMZ-yə sızdırıb.

Məşhurlar: Maria Shriver və Arnold Schwarzenegger (video)
Məşhurlar: Maria Shriver və Arnold Schwarzenegger (video)

Shriver-in münasibətlər haqda əvvəlcədən məlumatı olmasını onun boşanma vəkilini belə tez tapması izah edir. Onun hətta bir neçə ay əvvəl Beverli Hilsdə mənzil axtardığı barədə söz-söhbət dolaşır.

Keçmiş journalist Shriver mətbuatın necə işlədiyindən xəbərdardır və informasiyanın gücünü yaxşı bilir. Vaxta və detalların sızmasına nəzarət edərək, Shriver öz həyatını sahmana sala bildi və Arnoldun bir daha qayıtmayacağına əmin olmaq üçün güllə keçirməyən plan hazırladı.

XS
SM
MD
LG