Accessibility links

Məşhurlar: Milla Yovoviç


Aktrisa Milla Yovoviç və anası Qalina Yovoviç
Aktrisa Milla Yovoviç və anası Qalina Yovoviç

Rotten Tomatoes veb səhifəsinə istinadən mavi gözlü aktrisa Milla Yovoviç model karyerasına 11 yaşında ikən başlayıb və özünün ekzotik gözəlliyini saysız hesabsız jurnalların birinci səhifəsində nümayiş etdirib. Aktrisanın həyatına nəzər salan veb səhifə onun anasının rus aktrisası, atasının isə yuqoslavyalı həkim olduğunu və onun 1975-ci ilin dekabr ayının 17-də Ukraynanın Kiyev şəhərində doğulduğunu yazıb. Sonradan ailəsi ilə bərabər Kaliforniyanın Sakramento şəhərinə köçüb.

Aktyor Karlos Kasiya Qrandla Nyu Yorkda Avon şirkətinin reklamında çəkiliş zamanı isə model və aktrisa Milla Yovoviç fasilə zamanı belə analıq qayğısı göstərir. Qızı Ever Qabo çəkiliş yerinə gəldikdə aktrisa qızına vaxt ayırmaya bilmir.

XS
SM
MD
LG