Britaniyalı aktyor Kolin Firt və Hollivud aktrisası Natali Portman ən yaxşı kişi və qadın roluna görə Oskar mükafatı aldılar. Bu hər iki aktyorun ilk Oskar mükafatıdır.
Kolin Firtin Oskar mükafatı alması surpriz deyildi. Kəkələyən Kral 6-cı Corc rolunu yaradan aktyor başqa Oskar nominantları arasında birinci olacağı çoxları tərəfindən proqnozlaşdırılırdı.
`The King Speech` kino- filmində biz Kral 6-cı Corcun çox böyük səylə özünə inam yarada bildiyini görürük. Aktyor sözləri ifadə etmək üçün ağır səylə çalışdığını göstərmək üçün yaxından çəkilmiş unudulmaz səhnələr yaradır. Buna tamaşa etmək çox ağırdır. Biz onun çəkdiyi acıları his edirik.
Kolin Firz: `İctimayyət qarşısında çıxış edən hər bir adam bu anı tam anlaya bilər. Çıxışdan əvvəlki gecə narahat yatırsan. Mənə elə gəlir ki, insanlarda yaxınlıq problemləri olur. Ailə üzvlərimizlə nə qədər yaxın olsaq da, elə bir vaxt gəlir ki, özümüzü tək hiss edirik.`
Kolin Firt ilk dəfə 1995-ci ildə `Pride and Prejudice` filmində Cənab Darsi roluna görə tanınıb. Bundan sonra 2003-cü ildə `The Girl with the Pearl Earring` filmində böyük ekrana çıxıb.
Firt eyni zamanda, 2008-ci ildə musiqili komediya janrında çəkilmiş `Mamma Mia` filmində tamamilə başqa xarakter yaradır.
Ötən il Firz Tom Fordun dram janrında çəkdiyi `A Single Man` filminə görə Oskara nominasiya olunmuşdu. “The King Speech” kino-filmindəki işi onun indiyə kimi ən uğurlu işi hesab edilir.
Natali Portmənin Oskar alması da surpriz olmadı. Lakin başqa səbəbə görə. Bəzi tənqidçilər `The Kid`s are All Right` filmində Annet Benninq rolunu bəyənirlər. Bu filmdə o, sevgilisinin onu başqası ilə aldatdığından xəbər tutan lesbiyen ana rolunu oynayır.
Lakin Portmənin bu rolu onun `Black Swan`filmində prima balerinaya çevrilməsinə maneə ola bilmədi.
Natali Portmən: `Onun daxilində böyük qüsur var. Lakin bu qüsuru görmək mümkün deyil. Elə bil ki, gözəl bir əksə tamaşa edirsiniz, amma onun arxasında duran ağlasığmaz bir detalı görə bilmirsiniz.`
Portmənin 29 yaşı var və o bir çox filmlərdə çəkilib. 2005-ci ildə o, `Closer`dram janrında çəkilmiş filmdə roluna görə Oskara nominasiya olmuşdu.
Natali Portmən də özünün ilk Oskar mükafatını alır. Bu film bütün dünyanı heyran qoymasa da, sözsüz ki, uzun zaman yaddan çıxmayacaq.