Accessibility links

İsrail Qəzzanın blokadasını yüngülləşdirməyə razı olub


İsrail Qəzzanın blokadasını yüngülləşdirməyə razı olub
İsrail Qəzzanın blokadasını yüngülləşdirməyə razı olub

Hökumətin sözçüsü Mark Regev deyib ki, plan Qəzzaya daha çox yardım gətirilməsi və beynəlxalq nəzarət altında mülki layihələr üçün avadanlığın çatdırılmasının genişləndirilməsinə imkan verəcək

İsrail Qəzza zolağının blokadasını yüngülləşdirməyə və Həmasın nəzarəti altında olan əraziyə daha artıq humanitar yardım çatdırılmasına imkan verməyə razı olub.

Hökumətin sözçüsü Mark Regev deyib ki, plan Qəzzaya daha çox yardım gətirilməsi və beynəlxalq nəzarət altında mülki layihələr üçün avadanlığın çatdırılmasının genişləndirilməsinə imkan verəcək. O bildirib ki, silah istehsalında istifadə edilə biləcək materiallara hələ də qadağa var.

Həm Qəzzada Həmas, həm də İordan çayının Qərb sahilində rəqib fələstin hökuməti sözçüsü İsrailin açıqlamasınəı rədd edərək bunun kifayət olmadığını bildirib.

ABŞ-ın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Corc Mitçel İsrail-Fələstin danışıqlarını canlandırmaq məqsədilə regiondadır.

XS
SM
MD
LG