Accessibility links

Beynəlxalq Miqrasiya Təşkilatı: Avropaya daxil olan miqrantların sayı bir milyonu aşıb


Beynəlxalq Miqrasiya Təşkilatının bildirdiyinə görə, 2015-ci ildə Avropaya daxil olan miqrantların və qaçqınların sayı bir milyonu aşıb və bu, II Dünya Müharibəsindən bəri ən böyük qaçqın axınıdır.

Baş qərargahı Cenevrədə yerləşən təşkilatın bu gün açıqladığı hesabatında deyilir ki, Afrika və Yaxın Şərqdən dəniz və qurudan Avropaya keçən qaçqınların sayı 1 milyon 5500-dən çoxdur və bu rəqəm 2014-cü ildən bəri 4 dəfə artıqdır.

Müharibələrin getdiyi İraq və Əfqanıstan qaçqınları ilə müqayisədə artıq 5 ildir 200 mindən çox insanın ölümünə səbəb olan Suriyadakı vətəndaş müharibəsindən qaçanların sayı milyonlara çataraq, qaçqın kütləsinin demək olar ki, yarısını təşkil edir.

2015-ci ildə çoxu dəniz vasitəsilə Yunanıstana keçməklə, 800 mindən çox qaçqın Bolqarıstan, İtaliya, Malta və Kiprə keçib.

XS
SM
MD
LG