ABŞ Miçiqan ştatının hava limanında polis zabitinin bıçaqlanmasından sonra hava limanı boşaldılıb.
Federal polisin verdiyi məlumata görə, Kvebek şəhərindən olan Kanada vətəndaşı Amor Ftuhi Bishop beynəlxalq hava limanına çatdıqdan qısa müddət sonra zabit Cef Nevilin üzərinə bıçaqla hücum edib. Amor Ftuhinin zabitə hücum edərkən "Allahu-Əkbər" qışqıraraq, Suriya, İraq və Əfqanıstanda insanların ölümünə görə ABŞ-ı günahlandırıb.
FBİ-ın xüsusi agenti Deyvid Gelios bildirir ki, ilkin araşdırmaların nəticəsinə görə, Amor təkbaşına hərəkət edib və onun hansısa qrupla əlaqəsi olub-olmadığı hələlik məlum deyil.
Deyvid Gelios həmçinin əlavə edir ki, FBİ hücumu terror aktı olaraq dəyərləndirib.
Ştat polisi zabitin boynundan bıçaqlandığını və onun vəziyyətinin ağır olduğunu bildirib.
O, Flint şəhərinin hava limanının əsas terminalında keşik çəkirdi.
Aerport rəsmiləri Facebook-da şəhər meri Karen Uaverin yazdığına görə vəziyyət nəzarət altındadır. O, rəsmiləri əlavə ölçülərə əl atmağa çağırıb. ücumçu barədə məlumat verilməyib.