Prezident Ilham Əliyevin sərəncamı ilə “İçəri Şəhər” dövlət qoruğunun direktoru Mikayıl Cabbarov təhsil naziri təyin edilib.
Prezident təhsil naziri Misir Mərdanovu vəzifəsindən azad edib.
Mikayıl Cabbarov heç vaxt təhsil sahəsində çalışmayıb.
O, 19 sentyabr 1976-cı ildə Bakıda anadan olub. Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsini bitirib. ABŞ-ın Sakramento şəhərində Hüquq məktəbində, daha sonra Azərbaycan Dövlət İqtisadiyyat Universitetində iqtisadiyyat üzrə magistr dərəcəsi alıb.
Əmək fəaliyyətinə 1995-ci ildə bank sektorunda başlayıb, 1999-2002-ci illərdə özəl sektorda hüquqşünas, “Azpetrol” şirkətində vitse-prezident işləyib. 2002-2003-cü illərdə İqtisadi İnkişaf Nazirliyində məsləhətçi, 2003-2004-cü illərdə isə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun prezidenti vəzifələrində çalışıb.
2004-cü il fevralın 20-də Azərbaycan iqtisadi inkişaf nazirinin müavini təyin olunub. 2009-cu il martın 6-dan isə "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi vəzifəsində çalışıb.
Evlidir, 2 övladı var.