Accessibility links

Amerikada Milad bayramı ənənəsi


Amerikada Milad bayramı ənənəsi
please wait

No media source currently available

0:00 0:02:21 0:00

Amerikada Milad bayramı ənənəsi

Milyonlarla işıq, Milad ağacları meşəsi və parlaq bir bayram səhnəsi. Bütün bunları Virciniya ştatının Lisburq şəhərindəki Holiday Road-da görmək olar. Virciniya ştatının Lisburq şəhərindəki Holiday Road nağıllar aləminə gedən yoldur. Parkın müdiri Steysi Medkalf: “Beləliklə, siz qarda gəzirsiniz, Milad ağacları meşəsində gəzirsiniz və sonra Kvanza tamaşasına baxırsınız. Sonra bizim malikanəmizdə işıq dənizi görürsünüz. Daha sonra bir tuneldən keçirsiniz. Bu, möhtəşəmdir.”

Holiday Road çox uzun deyil - bir kilometrdən bir qədər çox və bilet qiymətləri adambaşına təxminən 30 dollardan başlayır. Ziyarətçilər hər bir neçə addımda yeni bir şey görür. Parkın meneceri Endryu Şortell: “Siz cığırla gəzərkən təxminən 25 fərqli səhnə görürsünüz, hamısının öz musiqisi, fərqli işıqları, mövzuları və buna bənzər şeyləri var. Bu, hər kəs üçün - azyaşlı uşaqları olan ailələr üçün, görüşlər və ya sadəcə dostlar üçündür.”

Orada miniatür kukla şəhərciyi var. Kristen Hassan ailəsi ilə birlikdə Texas ştatının Dallas şəhərindən gəlib. Ziyarətçi Kristin Hassan: "Gözəldir. Biz həqiqətən işıqları sevirik. İçəri girib kiçik evləri gördük. Çox gözəldir.”

Bir çox amerikalı üçün bayram işıqları olan yerləri gəzmək ailə ənənəsidir. Ziyarətçi Süzan: “Biz həmişə Milad işıqlarını görməyə gedirik, çünki mən uşaq olanda atam Milad işıqları yandırırdı. Mən indi evdən uzaqda yaşayıram. Beləliklə, biz həmişə harasa gedirik. Bu il isə bu, yeni bir şeydir. Mən dedim ki, bunu görməliyəm.”

Lisburqdakı Holiday Road Vaşinqtondan təxminən bir saatlıq məsafədədir. Hazırlıqlar yaydan başlayıb, lakin işıqlar təxminən iki həftədir yanır. “Fikrimcə, buradakı tamaşa üçün təxminən 10 generatorumuz var. Beləliklə, bütün işıqların yanması üçün onların hamısı işləyir” - deyə, Şortell bildirir.

Holiday Road ziyarətçilərə yanvarın əvvəlinə qədər açıq olacaq.

XS
SM
MD
LG