Accessibility links

İtlərin Milad fotoları


İtlərin Milad fotoları
please wait

No media source currently available

0:00 0:02:12 0:00

Birləşmiş Ştatlarda Milad açıqçalarında ailə fotoları olduqca populyardır. Lakin bu fotoların çoxunda ailənin dördayaqlı üzvləri olan itləri də görmək olur. Virciniya ştatının Arlinqton şəhərindəki it mağazası bayram mövsümündə itlərlə şəkil çəkdirmək üçün Santa Klaus dəvəf edib.

Virciniya ştatının Arlinqton şəhərindəki “Dogma Gourmet Dog Bakery and Boutique” mağazasında bayram əhval-ruhiyyəsi hökm sürür. Buradakı ərköyün itlər kamera qarşısında modellər kimi durur. Bu gün buraya Santa ilə professional fotoqraf tərəfindən şəkil çəkdirmək üçün yüzə qədər it gəlib. Fotoqraf Cenni Teylor: “Mənim onlara baxarkən itin Santa ilə sakit söhbət etdiyini təsəvvür etmək xoşuma gəlir. Onlar ailənin üzvüdür. Onların ailə üzvləri ilə olduğu kimi Santa ilə də şəkilləri olmalıdır.”

Bəzi ailələr körpənin ilk Milad şəklini çəkdirdiyi kimi, bu balaca itin də ilk bayram şəkli çəkilir. İt sahibi Kris Troiano: "Biz Milad bayramını çox sevirik və Santa ilə yadigar bir şəklin olmasını istəyirik.”

Bəziləri isə itlərini buraya hər il gətirir. “Biz qızlarımızın geyimini bantlarla bəzəyirik. Buradakı itlərin hamısı bəzəklidir.” deyə, it sahibi Brayan Ros bildirir.

Şəklin biri 25 dollardır. Əldə edilən pulun çox hissəsi bölgədə itlərin xilası ilə məşğul olan qruplara verilir. Zak Klippl: “Bu pullardan itlərə yemək, oyuncaq və qutular almaq üçün istifadə edilir.”

Adı Quinsi olan itin sahibi isə itinin şəklində həm Milad, həm də Hanuka bayramlarının təsvir olunmasını istəyir. Alisia Foley: “Mən yəhudi olduğum üçün şəkildə həm yamaka, həm də şərfin olmasını istədim. Mən hər iki bayramı - həm Miladı, həm də Hanukanı qeyd edirəm.”

Lakin iti bir yerdə durmağa məcbur etmək o qədər də asan deyil. “Biz onların diqqətini cəlb etmək üçün adət etdikləri səsləri çıxarır, oyuncaqları göstəririk” deyə, Cenni Teylor bildirir.

Bu ana qızı ilə buraya Blu adlı itlərini gətirib. “Biz oxşar pijamalarda gəlmişik. Blu isə bir az fərqli görünür. Fikrimcə o özünü yaxşı hiss edir.”

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG