Accessibility links

Dünyanın ən böyük Milad mağazası


Dünyanın ən böyük Milad mağazası
please wait

No media source currently available

0:00 0:02:43 0:00

Bir hektardan çox ərazisi olan “Bronner’s CHRISTmas Wonderland” dünyanın ən böyük mağazası olduğunu deyir. Gəlin Miçiqan ştatının Frabkenmut şəhərindəki bu mağazaya kiçik ziyarətçilərin gözü ilə baxaq.

“Bronner’s CHRISTmas Wonderland” mağazasına ziyarət təkcə alış-veriş deyil, bu həm də bir təcrübədir. Rolin və Reyn Marturello bacı və qardaş üçün təxminən səkkiz Olimpiada hovuzu böyüklüyündə olan bu mağazada maraqlı çox şey var. “Bura həqiqətən çox böyükdür, gəzməklə qurtarmır.” deyə, Reyn bildirir.

“Bonners”ə ziyarət adətən xatirə şəkilləri ilə başlayır. Bundan sonra müştərilərə mağazanı gəzmək üçün xəritə verilir. Buradakı çılçıraqlar və hündür tavana qədər bəzədilmiş şam ağacları… Rollin Dikkensin köhnə dəbli xarakterlərindən, Milad kəndlərindən, "Şelkunçik" fiqurlarından tutmuş müasir bəzəklərə qədər qar otağındakı bütün dekorasiyalardan xoşu gəldiyini deyir. “Ən çox isə Qar Adamı sevirəm”.

Lori Libka: “Burada süni ağaclar, çələnglər, 8 minə yaxın müxtəlif ornamentlər də daxil olmaqla, 50 mindən çox əşya var. Onlardan min beş yüzünü almaq olar.”

Mağazanın sözçüsü Lori Libka buradakı ornamentlərin, əllə düzəldilmiş şüşə şarlardan tutmuş, idman, eləcə də film personajları mövzusundakı dekorasiyaların mağazanın ulduzları olduğunu deyir. Bu mağazanı 100-dən çox xarici müştəri ziyarət etdiyi üçün beynəlxalq ornamentlər də ən çox sevilən əşyalara daxildir. “Biz müxtəlif ölkələrdən çox sayda müştəri görürük. İlin bu fəslində burada müxtəlif dillərdə danışan insanları görmək qeyri-adi hal deyil.”

Valli Bonner boyaq biznesinin təməlini qoyanda çox gənc idi. Bir biznesmenin ondan Miçiqanın Kler şəhəri üçün Milad bayramı şəkillər çəkməsini istəməsindən sonra o bu sahədə yaxşı gəlir olduğunu anlayır və 1945-ci ildə özünün bayrama həsr edilmiş əşyalar mağazasını açır.

Dini və ailəsi onun üçün çox mühüm olduğu üçün Bonner Miladın dini mənasını bayramın kommersiya aspektləri ilə bir araya gətirməyə çalışıb. Bronner bu mağazanın müxtəlif yaşda müştərilərin zövq alması üçün bir yer olmasını istəyib. Buna görə də buraya gələn uşaqlar Santa ilə də görüşə bilir. “Mən “Bonners”ə gəlməyi sevirəm, çünki bu mənə Milad barədə danışmağa imkan verir. Mən ziyarətçilərə Məryəm ananın, müqəddəs Yusifin və körpə İsa Məsihin kiçik ornamentlərini paylayıram” deyə, Santa Klaus bildirir.

Bu mağaza ilin 361 günü açıq olduğu üçün buraya gələn kiçik ziyarətçilər Miladı hər zaman hiss edə bilər.

XS
SM
MD
LG