Accessibility links

Millenniallar valideyinlərinin nəslindən daha pis vəziyyətdədir [Təhlil]


“Baby boomers” adı ilə tanınan İkinci Dünya Müharibəsindən sonra dünyaya gələn nəslin millennial övladları onlardan geridə qalır.

Young Invincibles müdafiə qrupunun Federal Ehtiyatlar Bürosunun məlumatları üzərində apardığı yeni təhlilə əsasən, hətta yaxşı təhsillərinin olmalarına baxmayaraq, millenniallar “baby boomer”lərin eyni yaşda əldə etdiyi gəlirdən 20 faiz daha az, yəni illik ortalama 40 min 581 dollar qazanırlar.

Təhlildə həmçinin göstərilir ki, “baby boomer”lərlə müqayisədə ən çox qaradərili və latino həmyaşdılarından daha çox gəlir əldə edən ağdərili millenialların gəliri azalıb.

28 yaşlı Andrea Ledesma deyir ki, valideyinləri onun yaşında artıq evə sahib idilər və uşaq böyüdürdülər.

Ledesma universiteti dörd il öncə bitirib. Bir sıra iş yeri dəyişəndən sonra o, hazırda illik 18 minlik gəlirlə Classic Slice Milwaukee pizza restoranında işləyir və onun 33 min dollarlıq təhsil borcu var.

Andrea Ledesma və anası Şeril Romanovski
Andrea Ledesma və anası Şeril Romanovski

Ledesmanın 55 yaşlı anası Şeril Romanovski qızının yaşında olanda ali təhsili olmadan illik 10 min dollar pul qazandırdı. Bugünün pulu ilə bu, 19 in 500 dollarla bəradərdir.

Romanovski deyir ki, o qızının etdiyi seçimlərə qibtə edir, amma qızının daha çox çətinlik çəkdiyini də başa düşür.

Federal Ehtiyatlar bürosunun məlumatlarının təhlildə 2013-cü ildə 25-34 yaşları arasında olan insanlarla 1989-cu ildəki eyni yaş qrup arası insanlar müqayisə edilib. Bu müqayisədə inflasiya nəzərə alınıb.

Təhlilin nəticələri onu göstərir ki, təhsil gəlirə müsbət təsir göstərir. Amma ali təhsili və borcu olan bir millennial 1989-cu ildə ali təhsili olmayan yaşıdından bir az çox gəlir əldə edir.

Milennianların orta sərvəti “baby boomer”lərlə müqayisədə 10 min 900 dollar daha azdır.

Ağdərililər hələ də qaradərililər və latinolarla müqayisədə daha çox qazanırlar. Bu isə iş yerləri və təhsil sahəsində diskriminasiyanın buraxdığı mirasdır.

2016-cı il prezident seçkisində demokrat Hillari Klintonu dəstəkləyən millenniallar
2016-cı il prezident seçkisində demokrat Hillari Klintonu dəstəkləyən millenniallar

Ancaq ağdərili “baby boomer”lərlə müqayisədə bəzi ağdərili millennialların gəliri 21 faiz azalaraq hazırda 47 min 688 dollar təşkil edir.

Qaradərili millennialların gəliri 1,4 faiz azalaraq 27 min 892 dollar, latinolarınkı isə 29 faiz azalaraq 30 min 436 dollar təşkil edir.

Təhlildə həmçinin millenniallar üçün imkanların da azaldığı göstərilir. Ötən il Stanford Universitetinin iqtisadçıları tərəfindən aparılan araşdırma 1950-cı ildə dünyaya gələn insanların valideyinlərindən 79 faiz daha çox pul qazanmaq şanslarının olduğunu göstərib. Daha sonrakı onilliklərdə bu göstərici tədricən azalıb. Məsələn 1980-ci ildə doğulan insanlar üçün bu rəqəm artıq 50 faiz olub.

Bu geriləmə, hətta gənc amerikalıların getdikcə daha da təhsilli olmalarına baxmayaraq davam edir. Brukinqs İnstitutunun bu ay yayıdığı hesabatda göstərilir ki, 2015-ci ildə ali təhsili olan insanlar 25-29 yaşları arasındakı amerikalıların 35,6 faizini təşkil edib. Müqayisədə isə bu rəqəm 1990-cı ildə 23,2 faiz olub.

Millennialların sərvətlərinin azalması artıq təqaüdə çıxmağa hazırlaşan “baby boomer”lərə mənfi təsir göstərə bilər. Buna səbəb isə odur ki, millennialların gəlir vergiləri təqaüddə olan “baby boomer”lərin pensiya (Social Security) və tibi sığortalarını (Medicare) maaliyyələşdirir.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG