Accessibility links

Milli Şura: ABŞ və Avropa Birliyi Azərbaycanda insan haqlarını pozanlara qarşı sanksiyalar tətbiq etməlidir


Milli Şura piket keçirib
Milli Şura piket keçirib

“Milli Şura ilk növbədə Azərbaycan xalqını kütləvi polis zorakılığı və işgəncə hallarına qarşı hamılıqla etiraz etməyə, eləcə də rəsmi Bakını polis zorakılığı və işgəncə faktlarını araşdırmağa vadar etmək üçün dünya birliyini daha qətiyyətli mövqe ortaya qoymağa çağırır. Milli Şura hesab edir ki, beynəlxalq birlik, xüsusilə ABŞ və Avropa Birliyi Azərbaycanda insan haqlarını pozan, işgəncələrə göstəriş verən və onları həyata keçirən vəzifəli şəxslərə ünvanlı sanksiyalar tətbiq etməlidir. Milli Şura dünya birliyini Azərbaycandakı polis zorakılığını daimi diqqətdə saxlamağa və Azərbaycanın üzərinə götürdüyü beynəlxalq öhdəlikləri yerinə yetirməsini mütəmadi monitorinq etməyə çağırır.”

Bu barədə Milli Şuranın Azərbaycanda sərbəst toplaşma azadlığının pozulması, polis zorakılığı və işgəncələrlə bağlı bəyanatında deyilir.

Milli Şuranın aksiyası
Milli Şuranın aksiyası

Sənəddə bildirilir ki, Milli Şuranın 19 oktyabr mitinqində kütləvi polis zorakılığı və müxalifət liderlərinə qarşı işgəncələrdən sonra həm Azərbaycan cəmiyyətinin ən müxtəlif təbəqələrindən, həm də beynəlxalq ictimaiyyətdən İlham Əliyev hakimiyyətinə güclü çağırışlar oldu ki, işgəncə faktları araşdırılsın, polis zorakılığına son qoyulsun və sərbəst toplaşma azadlığı təmin edilsin.

“Lakin ötən dövr ərzində aydın göründü ki, Azərbaycan hakimiyyəti nə ölkə ictimaiyyətinin, nə də dünya birliyinin çağırışlarını ciddiyə alıb.”

Sənəddə deyilir ki, 19 oktyabr aksiyasında baş vermiş polis zorakılığı və işgəncə faktlarının heç biri rəsmən araşdırılmayıb, əksinə, Milli Şura funksionerləri yenidən təzyiqlərə məruz qalıb.

Bu sırada Milli Şuranın funksionerləri, - hazırda inzibati həbsdə olan Tofiq Yaqubluya, Gültəkin Hacıbəyliyə, Vidadi Mirkamala təzyiqlər olduğu göstərilir.

“19 oktyabr aksiyasına görə saxlanılaraq inzibati həbs cəzası alanların apellyasiya məhkəmələrində şikayətlərinə baxılarkən ilkin instansiya məhkəmələrinin sifarişli qərarları qüvvədə saxlanılıb və hətta 2 nəfərin - AXCP sədrinin müavini Seymur Həzi və AXCP Gənclər Komitəsinin İdarə Heyətinin üzvü Nicat Nizamovun həbs müddətləri polisin istəyi ilə iki dəfə artırılaraq, 15 sutkadan 30 sutkaya qaldırılıb,” Milli Şura qeyd edir.

Sənəddə həmçinin hakimiyyətin sərbəst toplaşmaq azadlığına münasibətdə də mövqeyinə korrektə etmədiyi deyilir.

Milli Şura hesab edir ki, beynəlxalq birlik, xüsusilə ABŞ və Avropa Birliyi Azərbaycanda insan haqlarını pozan, işgəncələrə göstəriş verən və onları həyata keçirən vəzifəli şəxslərə ünvanlı sanksiyalar tətbiq etməlidir.
Milli Şuranın bəyanatından sitat


Müsavat Partiyasının 10 noyabrda şəhərin mərkəzində mitinq keçirmək üçün müraciətinə Bakıdan xeyli uzaq olan Lökbatan qəsəbəsini təklif etməklə, faktiki "yox" deyilib, partiyanın buna etiraz olaraq Bakı Şəhər İcra Hakimiyyəti qarşısında etiraz piketi keçirməsinə də rəsmi razılıq verilməyib və noyabrın 12-də BŞİH qarşısında razılıqsız keçirilən aksiya polisin sərt müdaxiləsi və həbslərlə dağıdılıb.

“Bütün bunlar onu göstərir ki, 19 oktyabr mitinqindən sonra Avropa Birliyi, ABŞ-ın Azərbaycandakı səfirliyi, Avropa Şurası, Freedom House, Human Right Wathc və bir sıra başqa təşkilatlatların rəsmi Bakıya ünvanladığı "Sərbəst toplaşma azadlığını təmin edin", "Polis zorakılığı durdurulsun", "İşgəncə faktları araşdırılsın" kimi çağırışlar nəzərə alınmayıb. Belə görünür ki, bu çağırışlar Azərbaycan hakimiyyəti üçün yetərli olmayıb. Ölkə başçısı İlham Əliyevin 12 noyabrda səsləndirdiyi bir fikir isə yerli ictimaiyyətə və beynəlxalq birliyə bu saymazyana münasibətin birbaşa onun özündən qaynaqlandığını göstərir. Belə ki, İlham Əliyev faktiki polis zorakılıqlarına və işgəncələrə haqq qazandıraraq deyib ki: `Son illərdə demokratiyanın inkişafı istiqamətində, insan haqlarının qorunması işində böyük nailiyyətlər əldə edilib`. Bu çıxış bir daha təsdiq edir ki, ölkədə hökm sürən siyasi repressiya, insan haqlarının kütləvi pozulması birbaşa İlham Əliyevin sifarişidir. Bunu həm Azərbaycan xalqı, həm də dünya birliyi nəzərə almalıdır?” sənəddə qeyd edilir.

Müsavat Partiyasının fəalları piket keçirməyə cəhd edib
Müsavat Partiyasının fəalları piket keçirməyə cəhd edib

Öz növbəsində, Azərbaycan hökuməti bir qayda olaraq tənqidləri qəbul etmir, qərəzli sayır. Ölkə rəhbərləri dəfələrlə bəyanatlarında fundamental hüquqların tam bərpa edildiyini bildirib.

Prezident İlham Əliyev son bir ayda azı üç dəfə hazırki müxalifıətin 1992-1993-cü illərdə qurduğu hökuməti kəskin tənqid edib, antimilli adlandırıb.

Bununla yanaşı, Azərbaycan 2019-cu il Dünya Mətbuat Azadlığı İndeksinə görə 180 ölkə arasında 166-cı yerdə qərarlaşıb, Avropa Şurası Parlament Assambleyasında Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçi fəaliyyət göstərir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG