Accessibility links

Milli Şura: “Azadlıqların bәrpası üçün xalqla birlikdә müvafiq addımlar atacağıq”


Milli Şuranın 19 yanvar mitinqi
Milli Şuranın 19 yanvar mitinqi

“Hakimiyyәt bilmәlidir ki, insanların dinc etiraz hüququnu uzun müddәtә әlindәn ala bilmәyәcәk. Әgәr razılaşdırılmış mitinqlәrә imkan vermәmәk xәtti götürülәcәksә, Milli Şura razılaşdırılmamış kütlәvi aksiyaların tәşkili hüququnu özündә saxlayır.”

Bu barədə Milli Şuranın 26 yanvar mitinqinә Bakı şəhər İcra Hakimiyyətinin (BŞİH) razılıq verilmәmәsi ilә bağlı bәyanatında deyuilir.

Milli Şura razılaşdırılmamış kütlәvi aksiyaların tәşkili hüququnu özündә saxlayır.
Milli Şuranın bəynatından

Sənəddə deyilir ki, Milli Şura yaranmış vәziyyәtә uyğun qәrarlar verәcәk, ölkәdә azadlıqların bәrpası üçün xalqla birlikdә müvafiq addımlar atacaq.

“Milli Şura bütün qanuni vasitәlәrdәn istifadә edәcәk ki, vәtәndaşların sәrbәst toplaşmaq azadlığı tәmin olunsun vә biz razılaşdırılmış çoxminlik mitinqlәrimizi davam etdirә bilәk.”

Demokratik Qüvvələrin Milli Şurası Bakı Şәhәr İcra Hakimiyyәtinә yanvarın 26-da paytaxtın Yasamal rayonunda yerlәşәn Mәhsul stadionunda növbәti mitinqini keçirmәk üçün müraciәt edib. Lakin BŞİH mitinqin keçirilmәsinә razılıq vermәyib.

Milli Şura mitinq keçirir
Milli Şura mitinq keçirir

“BŞİH-in mitinqlә bağlı müraciәtimizә verdiyi cavabda açıq şәkildә yazılır ki, ona razılıq verilmәmәsi birbaşa polisin istәyi ilә olub. Bu cavab hәm dә ölkәdә polis rejiminin bәrqәrar edildiyinin etirafıdır.”

Milli Şura bundan öncə yanvarın 19-da “Mehman Hüseynov və bütün siyasi məhbuslara azadlıq” tələbi ilə mitinq keçirib.

“Milli Şuranın yanvarın 19-da keçirdiyi mitinq ərəfəsinsdə dә tәşkilatçılar kütlәvi şәkildә hәbs edildi, icra hakimiyyәtlәrinin vә polisin tәqibinә, hәdәlәmәsinә mәruz qaldı. Mitinqdәn qabaq AXCP-nin 24, Müsavatın 2 funksioneri müxtәlif müddәtlәrә inzibati qaydada hәbs olundu. Lakin bunlara baxmayar, әn mәhdud şәrtlәr daxilindә tәşkilatçılığa rәğmәn 19 yanvar mitinqi son 13 ilin әn izdihamlı mitinqi oldu,” bəyanatda deyilir.

XS
SM
MD
LG