İctimai Palata, ziyalılar, ictimai və siyasi xadimlər, ictimaiyyətin çoxsaylı nümayəndələri Fəxri Xiyabanda Azərbaycan milli azadlıq hərəkatının lideri, eks-prezident Əbülfəz Elçibəyin məzarını ziyarət ediblər.
(Reportajda Əbülfəz Elçibəyin sinif yoldaşının xatirələrinə, Müsavat başqanı, AXCP sədrinin fikirlərinə, Elçibəyin qardaşının zəhərlənmə məsələsinə münasibətinə və ictimaiyyətin xatirələrinə qulaq asa biərsiniz.)
Əbülfəz Elçibəy 2000-ci il avqustun 22-də 63 yaşında vəfat edib.
Əbülfəz Elçibəy 1938-ci il iyunun 24-də Naxçıvan MR-in Ordubad rayonunun Kələki kəndində anadan olub.
1975-ci ilin yanvarında keçmiş Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsi tərəfindən antisovet təbliğatı aparmaqda ittiham olunaraq həbs edilib və 17 iyul 1976-cı ilədək siyasi dustaq olaraq azadlıqdan məhrum edilib.
1988-ci ildə Azərbaycan xalq hərəkatının liderlərindən biri olub, 1989-cu ilin iyulunda hərəkatın təşkilatlanmış forması olan Azərbaycan Xalq Cəbhəinin sədri seçilib.
1992-ci il iyunun 7-də ilk olaraq demokratik yolla Azərbaycanın prezidenti seçilib.
1993-cü il iyulun 4-də hərbi qiyam nəticəsində devrilib və Heydər Əliyev hakimiyyətə gəlib. 1993-cü ilin iyununda anadan olduğu Kələki kəndinə gedib və 4 il 4 ay orada yaşayıb.
Əbülfəz Elçibəyin məzarı önündə çıxış edən siyasi liderlər hazırkı hakimiyyətin məğlubiyyətə məhkum olduğunu, demokratiyanın qalib gələcəyini bildiriblər.
Müsavat Partiyasının başqanı İsa Qəmbər Elçibəyin ölkəyə gətirdiyi demokratik dəyərlərdən danışıb. “Onun qatilləri Əliyev rejimidir, bolşevik təfəkkürlü bu insanlardır”, - o, Bakı Şəhər Prokurorluğunda Əbülfəz Elçibəyin zəhərlənməsi ilə bağlı qaldırılan cinayət işinə münasibətini bildirib.
İ.Qəmbər Əliyevlər iqtidarının Elçibəy hakimiyyətini hərbi qiyam yolu ilə devirdiyini, onu uzun müddət Kələki kəndində sürgündə yaşamağa məcbur etdiyini, xəstə olduğu halda xaricə müalicəyə buraxmadığını qeyd edib.
AXCP sədri Əli Kərimli Əliyevlər rejiminin iflasını labüd hesab edir. Onun fikrincə, Elçibəy məktəbinin müdavimləri ölkədə demokratik cəmiyyət quracaq. “Əliyevlər rejimi məhvə məhkumdur. Azərbaycana müstəqilliyi demokratik qüvvələr gətirib, demokratiyanı da Elçibəy məktəbinin müdavimləri quracaq”- o qeyd edib