Accessibility links

Azərbaycan xalqı Dövlət Müstəqilliyi Gününü qeyd edir


Dövlət Müstəqilliyi Günü
Dövlət Müstəqilliyi Günü

18 oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür.

XX ərin sonlarında SSRİ-nin dağılması ilə yaranan tarixi şərait nəticəsində Azərbaycan dövlət müstəqilliyini bərpa edib. Belə ki, 1991-ci il oktyabrın 18-də Azərbaycan Ali Sovetinin (parlament) sessiyası Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktını qəbul edib.

Konstitusiya Aktında göstərilib ki, müstəqil Azərbaycan dövləti 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisidir. Konstitusiya Aktı 6 fəsil, 32 maddədən ibarətdir.

Azərbaycanda Dövlət Müstəqilliyi Günüdür
Azərbaycanda Dövlət Müstəqilliyi Günüdür

1991-ci il dekabrın 29-da ümumxalq referendumunda məsələ müzakirəyə çıxarılıb və əhalinin 95%-i səsvermədə iştirak edərək ölkənin müstəqilliyinə, suverenliyinə və istiqlaliyyətinə səs verib.

Azərbaycanın müstəqilliyi bərpa olunandan sonra dövlət bayrağı, himni, gerbi haqında da qanunlar, ümumxalq səsverməsi ilə yeni konstitusiyası qəbul edilib.

Ölkənin dövlət müstəqilliyini ilk olaraq - 1991-ci il noyabrın 9-da Türkiyə Cümhuriyyəti, sonra Rumıniya (11 dekabr 1991), Pakistan (13 dekabr 1991), İsveçrə (23 dekabr 1991), İran (25 dekabr 1991), ABŞ (23 yanvar 1992), Rusiya (10 aprel 1992) və başqa dövlətlər tanıyıb.

1992-ci il martın 2-də Azərbaycanın BMT-yə üzv qəbul olunub.

Azərbaycanın respublika quruluşlu dövləti - Azərbaycan Xalq Cümhuriyyəti 1928-ci il mayın 28-də elan edilib və cəmi 23 ay yaşayıb. 1920-ci il aprelin 28-də kommunist Rusiyası ölkəni işğal edib.

Dövlət Müstəqilliyi Günü dövlət bayramları sırasındadır, amma bu gün iş günüdür. Azərbaycan xalqı Dövlət Müstəqilliyi Gününü istər xaricdə, istərsə də ölkədə coşqu ilə qeyd edir.

XS
SM
MD
LG