Accessibility links

Milli Şura elan edildi


Respublika Günü
Respublika Günü

Şuraya yüzdən çox siyasətçi, vətəndaş cəmiyyətinin nümayəndəsi, ziyalılar daxildir

Mayın 28-də saat 22.30-da Azərbaycan Milli Şurasının yarandığı elan edilib.

Belə ki, bu gün 28 may Respublika Günü Novxanıda Məmməd Əmin Rəsulzadənin abidəsi önündə mitinqdən ssonra 6 siyasi partiya - Açıq Cəmiyyət Partiyası (Sülhəddin Əkbər), Liberal Partiyası (Əvəz Temirxan), Xalq Cəbhəsi Partiyası (Əli Kərimli), Klassik Xalq Cəbhəsi Partiyası (Bəybala Əbil), EL Hərəkatı (Eldar Namazov) və Müsavat Partiyası (İsa Qəmbər) rəhbərlərinin görüşündən sonra Milli Şuranın yarandığı elan edilib.

El Hərəkatının lideri Eldar Namazov Amerikanın Səsinə bildirib ki, bu gün Demokratik Qüvvələrin Milli Şurasının təsis sənədləri müzakirə olunub. Müzakirələrə Rüstəm İbrahimbəyov, Rəsul Quliyev, Lalə Şövkət və Mirmahmud Mirəlioğlu da qatılıb.

Məsləhətləşmələr nəticəsində Milli Şuranın "Təsis Bəyannaməsi" və tərkibi razılaşdırılıb.

Onun sözlərinə görə, Milli Şuraya yüzdən çox siyasətçi, vətəndaş cəmiyyətinin nümayəndələri, ziyalılar daxildir.

Namazov deyib ki, yaxın günlərdə Milli Şuranın ilk toplantısı keçiriləcək, bəyannaməsi və tərkibi xalqa elan olunacaq.
XS
SM
MD
LG