Accessibility links

Milli Şura: Seçki islahatları ilə bağlı müzakirələr keçirilməlidir


Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənlinin mitinqi
Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənlinin mitinqi

Milli Şura qarşıdan gələn parlament seçkilərinə qatılmaq və qalib gəlmək əzmində olsa da və tərəfdarlarını indiki mərhələdə buna hazırlaşmağa çağırsa da, seçki islahatları həyata keçirilməyəcəyi təqdirdə prosesin istənilən mərhələsində orada iştirakdan imtina hüququnu da özündə saxlayacaq. Bu barədə Demokratik Qüvvələrin Milli Şurasının 2015-ci il parlament seçkiləri ilə bağlı bu gün yaydığı bəyanatında deyilir.

Sənəddə deyilir ki, təxminən 9 aydan sonra Milli Məclisə növbəti seçkilər keçirilməlidir.

“Lakin ölkədə seçki mühiti hiss olunmur. Azərbaycan hakimiyyəti siyasi rəqiblərinə və vətəndaş cəmiyyətinə divan tutmaqda davam edir. Ötən illərdə güclənən repressiya siyasəti bir az da idbar xarakter alıb. Ölkədə normal seçkilərin keçirilməsinə şərait yaradacaq islahatların həyata keçirilməsi istiqamətində daxildən və beynəlxalq birlikdən səslənən çağırışları hakimiyyət qulaq ardına vurmaqdadır”, Milli Şura qeyd edir.

Bəyanatda bilsdirilir ki, Milli Şura 2015-ci il parlament seçkilərində iştiraka meyillidir.

“Milli Şura ölkədə həqiqi seçki mühitinin olmadığını diqqətdən kənarda qoymadan, Milli Məclisə seçkilərdə iştirak etmək və qalib gəlmək əzmində olduğunu bəyan edir. Milli Şura iştirak edəcəyi təqdirdə, seçkilərə ayrca seçki bloku kimi qatılacağını və həqiqi müxalifət mövqeyində duran ictimai-siyasi qrup və şəxslərlə əməkdaşlıq edəcəyini bildirir”.

Milli Şura bəyan edir ki, seçkilərdə müxalifət bloku olaraq iştirak etməsinin mümkünlüyünə görə məsuliyyət daha çox hakimiyyətin üzərinə düşür.

“Ölkədə normal seçki mühitinin yaradılması üçün islahatlara başlamaq – Seçki Məcəlləsində zəruri dəyişikliklər etmək, eləcə də seçki komissiyalarını yenidən formalaşdırmaq istiqamətində Milli Məclisdə təcili müzakirələr başlamalıdır. Hələ 2012-ci ilin yanvarında ölkənin tanınmış hüquqşünasları və seçki mütəxəssisləri “Seçki islahatları memorandumu” hazırlamış və cari siyasi maraqlarından asılı olmayaraq, əksər təşkilatlar və ictimai-siyasi xadimlər bu sənəd ətrafında birləşmişdi. Milli Şura hesab edir ki, Milli Məclis məhz bu sənəd əsasında ölkədə seçki islahatları ilə bağlı müzakirələr keçirməlidir”, sənəddə qeyd edilir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG