Accessibility links

Milli Şura Talançılığa son! şüarı ilə mitinq keçirəcək


Milli Şuranın mitinqi
Milli Şuranın mitinqi

Demokratik Qüvvələrin Milli Şurası martın 15-də “Talançılığa son!” şuarı ilə mitinqi keçirmək barədə qərara qəbul edib. Mitinq üçün Bakı şəhər İcra Hakimiyyətinə rəsmi müraciət göndəriləcək. Bu barədə Milli ŞuranınKoordinasiya Mərkəzi bu günki iclasında qərar qəbul edib.

İclasda ölkədəki ictimai siyasi vəziyyət, manatın devolvasiyası, vətəndaş cəmiyyəti fəallarına qarşı davam edən repressiyalar və digər məsələlər müzakirə olunub.

Hakimiyyətin təkcə siyasi sahədə deyil, iqtisadi sahədə də yürütdüyü yarıtmaz siyasət kəskin tənqid edilib.

Koordinasiya Mərkəzinin iclasında Rusiya müxalifətinin aparıcı simalarından olan Boris Nemtsovun qətlə yetirilməsi kəskin pislənilib.

Toplantıda eyni zamanda tanınmış jurnalist, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Şahvələd Çobanoğlunun istintaqa çağrılması və onun son 7 illik fəaliyyəti ilə bağlı vergi yoxlamasının aparılmasına dair məhkəmə qərarının çıxarılması hakimiyyətin siyasi sifarişi kimi qiymətləndirilib və bununla bağlı Milli Şuranın etiraz bəyanatının hazırlanması qərara alınıb.

İclasda tanınmış hüquq müdafiəçisi Leyla Yunusun və onun həyat yoldaşı, politoloq Arif Yunusun həbs müddətinin uzadılması, araşdırmaçı jurnalist Xədicə İsmayılla bağlı həbsxanada qapalı məhkəmə prosesinin keçirilməsi və onun qanunsuz cərimələnməsi haqında məhkəmə hökmünün çıxarılması, Göyçayda fəaliyyət göstərən hüquq müdafiəçisi, keçmiş siyasi məhbus Taleh Xasməmmədovun şərlənərək yenidən həbs olunması pislənilib. Həbsdə olan bütün siyasi məhbusların qeyd- şərtsiz azadlığa buraxılması tələb olunub.

XS
SM
MD
LG