Accessibility links

Milli Şura problemləri müzakirə edib


Milli Şuranın KM-nin toplantısı
Milli Şuranın KM-nin toplantısı

Milli Şuranın (MŞ) Koordinasiya Mərkəzinin (KM) növbəti toplantısı keçirilib.

Tiran agentliyinin məlumatına görə, toplantıda ölkənin siyasi, sosial-iqtisadi həyatı və beynəlxalq aləmdə baş verən ümdə hadisələrlə bağlı məsələlər müzakirə edilib. Türkiyə Cümhuriyyətində baş vermiş qanlı terror hadisəsi ilə bağlı KM üzvləri təəssüf hissi bildirib, Azərbaycan xalqının Türkiyənin yanında olduğunu bəyan ediblər.

Ölkədə sosialı-iqtisadi durumun sürətlə pisləşməsi, maliyyə böhranının dərinləşməsi, işsizliyin kütləvi xarakter alması, əhalinin sosial vəziyyətinin ağırlaşması ilə toplantıda müzakirələr gedib. Bu mövzuda MŞ-nin “dəyirmi masa” keçirməsi məqsədəuyğun sayılıb. Son vaxtlar ayrı-ayrı məsul şəxslərin manatı “üzməyə” adaptasiya etmək fikirlərinin maliyyə-iqtisadi əsaslandırması olmadığı deyilib. Belə düşünülməmiş eksperimentlərin ölkənin maliyyə həyatının iflası ilə nəticələnə biləcəyi barədə xəbərdarlı1 edilib. Hazırda müzakirədə olan 2016-cı ilin dövlət büdcəsində gəlir və xərclərin ciddi şəkildə azalmasının növbəti ildə əhalinin sosial həyatına ağır təsir göstərəcəyi vurğulanıb. Natiqlərə görə, manatın devalvasiyası nəzərə alınmaqla 2015-ci il ilə müqayisədə büdcə xərclərinin qarşıdakı ildə yarıbayarı azalması iqtisadi böhranın dərinləşməsini qaçılmaz edir.

Toplantıda Avropa Məhkəməsinin qərarından sonra İlqar Məmmədov və Tofiq Yaqublunun barəsində Azərbaycan Ali Məhkəməsinin oktyabrın 13-də çıxardığı qərar pislənilib. Adı çəkilənməhbusları azad etmək əvəzinə işin yenidən Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi siyasi məhbusların azad edilməsinə yaradılan siyasi əngəl sayılıb.

Toplantıda son vaxtlar azad sözəqarşı hücumların davam etməsi, “Meydan” TV əməkdaşı Günel Mövludun iki qardaşının həbsi, siyasi mövzuda şerlər yazan Tofiq Həsənlinin saxlanılması, hüquq müdafiəçisi Tale Xasməmmədovun barəsində saxta hökmün Şəki Apelyasiya Məhkəməsi tərəfindən qüvvədə saxlanılması, Leyla Yunusun səhhətində yaranmış ciddi problemlərlə bağlı məsələlərdən və siyasi məhbuslarla bağlı digər problemlərdən ciddi narahatlıq ifadə edilib.

Öz nğvbəsində, Azərbaycan iqtidarı dünyada böhran olmasına baxmayaraq ölkədə iqtisadi inkiafın olduğunu, əhalinin əmək haqlarının artdığını, on minlərlə yeni iş yerləri açıldığını bildirir.

Bununla yanaşı, 2016-cı il dövlət büdcəsinin gəlirləri 2015-ci ilin büdcəsinə nisbətən bir neçə milyard manat az proqnozlaşdırılır. Mərkəzi Bankın maliyyə ehtiyatları isə dəfələrlə azalıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG