Accessibility links

Ağ Ev: Ümummilli 5G simsiz şəbəkə ilə bağlı son qərar verilməyib


AT&T-nin baş icraçı direktoru Randal Stephenson Prezident Donald Trampa 5G texnologiyasını təqdim edir. 22 iyun, 2017.
AT&T-nin baş icraçı direktoru Randal Stephenson Prezident Donald Trampa 5G texnologiyasını təqdim edir. 22 iyun, 2017.

Bazar ertəsi günü Ağ Ev Çinin dinləmə təhlükəsinə qarşı mübarizə aparmaq məqsədilə milliləşdirilmiş beşinci nəsil 5G simsiz şəbəkənin qurulması ilə bağlı hər hansı qərar qəbul olunduğunu təkzib edib.

"Hal-hazırda biz layihəsinin ən erkən mərhələsindəyik və bunun necə bir layihə olacağına və ya kimin hansı rol oynayacağına dair heç bir qərar qəbul edilməyib,” deyə Ağ Evin mətbuat katibi Sara Sanders bazar ertəsi günü keçirilən brifinqdə bildirib.

Bunun necə bir layihə olacağına və ya kimin hansı rol oynayacağına dair heç bir qərar qəbul edilməyib.

Sanders administirasiyanın "təhlükəsiz şəbəkə ehtiyacına" inandığını vurğulayıb.

ABŞ Milli Təhlükəsizlik Şurasının memorandumuna görə, Çinin və digər kənar qüvvələrin 5G telekommunikasiya trafikini ələ keçirməməsini təmin etmək üçün yeni nəsil simsiz mobil telefon və data şəbəkəsi federal hökumət tərəfindən tikilib, istismar edilməlidir.

Hökumətin telekommunikasiya və sənaye sahəsindəki tənzimləyici orqanının rəhbəri təklifə qarşı çıxıb.

“Mən federal hökumətin ümummilli 5G şəbəkəsi qurmasını və istismar etməsini özündə ehtiva edilən istənilən təklifə qarşı çıxıram. Biz son 30 ildə simsiz şəbəkə sektorunun inkişafı, o cümlədən ABŞ-ın 4G sahəsindəki liderliyini yenilik və investisiyalara borcluyuq, hökümətə deyil,’’ deyə Federal Rabitə Komissiyasının (FCC) sədri Ajit Pay bildirib.

Federal Rabitə Komissiyasının (FCC) sədri Ajit Pay
Federal Rabitə Komissiyasının (FCC) sədri Ajit Pay

Pay əlavə edib ki, hökumətin bu sahədə lazımlı rolu "spektoru kommersiya bazarına yaymaq və özəl sektorun gələcək nəsil infrastrukturunun inkişaf etdirilməsinə təşviq edən qaydaları təyin etməkdir.”

FCC-nin sədri onu da qeyd edib ki, hökumətin 5G şəbəkəsi qurması gələcəkdə ABŞ-ın 5G sahəsində liderliyinə mane olacaq bahalı və səmərəsiz bir siyasətdir.

İkisi Demokrat olmaqla digər dörd Federal Rabitə Komissarlığının üzvləri Ajit Payın mövqeyini dəstəkləyir.

"5G-də liderlik etmək üçün dünya miqyasında yarış gedir və digər millətlər bu yarışı udmağa hazırdır. Lakin qalib olmaq üçün burada təklif olunan vasitə bizi həqiqətən də məqsədimizdən uzaqlaşdırır,” deyə Komissiya üzvü, Demokrat Cessika Rozenvorsel qeyd edib.

Qalib olmaq üçün burada təklif olunan vasitə bizi həqiqətən də məqsədimizdən uzaqlaşdırır

Dünyanın ən böyük telekommunikasiya şirkəti olan AT&T bildirib ki, amerikalı şirkətlərin çoxmilyardlıq investisiyalarının nəticəsi olaraq ABŞ-da 5G xidmətini işə salmağa hazırlaşırlar.

Ölkə daxilində mobil telefon xidmətlərinin ikinci ən böyük provayderi olan şirkət isə bəyanatında qeyd edir ki, ABŞ-da 5G inqilabının baş verəcəyinə heç bir şübhə yoxdur.

Almaniyanın Deutsche Telekom və Verizon şirkətlərinin subsidiarı olan T-Mobile şirkəti ABŞ-da 4G-dən 100 dəfə daha sürətli və məlumatların köçürülməsində daha az gecikmələrə imkan verən 5G şəbəkələrinin inkişafı üçün əhəmiyyətli investisiyalar edən şirkətlərdəndir.

Hazırda inkişaf etmiş ölkələrin əksəriyyəti LTE 4G simsiz şəbəkə sistemindən istifadə edir.
Hazırda inkişaf etmiş ölkələrin əksəriyyəti LTE 4G simsiz şəbəkə sistemindən istifadə edir.

Hazırda Yaponiya və Cənubi Koreya kimi ölkələrdə 5G şəbəkələrinin testi aparılır.

Texnologiya hələ də millimetr dalğa zolaqlarının istifadə edilməsi və lazımi siqnal əhatəsinə sahib olmaq üçün tələb edilən mobil sahələrin təşkili üçün əhəmiyyətli maneələrlə qarşılaşır.

Mühəndislər qeyd edirlər ki, yağış, qar və sis cari mobil telefon sistemləri üçün istifadə olunan tezliklərdən daha çox dalğaya sahib 5G mobil siqnalının diapazonuna mane olur.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG