Accessibility links

ANAMA Gədəbəydə cəbbəxana aşkar edib


Mina təmizləmə
Mina təmizləmə

Sürsat Agentliyin Mərkəzi Məhvetmə ərazisinə daşınıb

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) avqustun 12-si və 13-də Gədəbəy rayonu Söyüdlü kəndi (Bakıdan 477 kilometr qərb) ərazisində əməliyyat keçirib.

Bu barədə agentlik məlumat yayıb.

Məlumatda bildirilib ki, Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Gədəbəy rayonu, Söyüdlü kəndi ərazisində çayın içərisində 3 ədəd mərminin aşkar olunması barədə informasiya daxil olub.

Agentliyin əməkdaşları Söyüdlü kəndi ərazisindəki su hövzəsinə baxış keçiriblər.

“Aparılan təcili əməliyyat axtarış tətbirləri nəticəsində orada 100-lərlə müxtəlif tipli hərbi sursatın olması aşkar olundu. Hərbi sursatların sayının çox olmasını, günün sona çatmasını və havanın qaralmasını nəzərə alaraq əməliyyat avqustun 13-də də davam edib.

Nəticədə 895 ədəd müxtəlif tipli hərbi sursat (18 ədəd əl qumbarası (F-1) aşkarlanıb”.

Agentlik bildirir ki, aşkar edilən sürsat arasında 6 ədəd tank əleyhinə raket (3 ədəd PQ-7L və 3 ədəd PQ-7S), 4 ədəd tratil şaşkası və avtomat darağları aşkarlaıb.

Məlumatda qeyd edilib ki, sürsat Agentliyin Mərkəzi Məhvetmə ərazisinə daşınıb.

XS
SM
MD
LG