Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik Tərtər rayonunun Çaylı kəndində 1 əkin sahəsinə və 4 partlayış yerinə baxış keçirib.
Agentlikdən verilən xəbərə görə, 1 «Qrad» qurğusunun mühərrik hissəsi aşkar edilərək götürülüb.
Gəncə şəhərinin Kəpəz rayonunun ərazisində isə 7 TM-62 tank əleyhinə mina aşkar olunduğu deyilir.
Agentlik bildirir ki, təkrar axtarış işlərinə başladığı aprelin 7-dən iyulun 5-nə kimi 1575 partlamamış hərbi sursat, 18 piyada və 15 isə tank əleyhinə mina aşkar edərək zərərsizləşdirib.
Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik 1998-ci ildə təsis edilib.