Accessibility links

Yüzlərlə insan Minnesota məscidində bomba hücumu əleyhinə həmrəylik nümayiş etdirmək üçün bir araya gəlib


Yüzlərlə insan Minnesota məscidində bomba hücumu əleyhinə həmrəylik nümayiş etdirmək üçün bir araya gəlib.

İslam Mərkəzinin icraçı direktoru Məhəmməd Ömər Amerikanın Səsinə bildirib ki, aksiyaya icmalar və siyasi rəhbərlər, habelə məscidi ziyarət edənlər qatılaraq, hücumun arxasında duranlara mesaj ünlanlayıb. O deyib ki, bu kimi hücumlar insanları dinlərinə ibadətdən çəkindirə bilməz.

Həftə sonu hücumundan sonra qeyri-müsəlman icmalar da məscidə gələrək həmrəylik nümayiş etdirib.

Dünən axşam keçirilən tədbir Quranın oxunuşu ilə bağlayıb. Daha sonra siyasətçilər, icma liderləri və imamlar hücumu pisləyən nitqlərlə çıxış edib.

Şənbə günü hücumu Federal Təhqiqat Bürosu tərəfindən araşdırılır.

Məscid administrasiyası partlayıcı ilə dolu maşının qapısının səsi eşidildikdən sonra güclü partlayış olduğunu deyib.

Heç kim xəsarət almasa da, məscidə ciddi ziyan dəyib. Həmin vaxt mərkəzdə 20-yə yaxın adam olub.

XS
SM
MD
LG