Accessibility links

Minilliyin Inkişaf Məqsədləri istiqamətində tərəqqi olsa da, kasıb təbəqə kənarda qalır


Minilliyin Inkişaf Məqsədləri istiqamətində tərəqqi olsa da, kasıb təbəqə kənarda qalır
Minilliyin Inkişaf Məqsədləri istiqamətində tərəqqi olsa da, kasıb təbəqə kənarda qalır

BMT-nin Minilliyin Inkişaf Məqsədləri-2011 adlı hesabatı yayılıb. Sənəddə deyilir ki, Minilliyin İnkişaf Məqsədlərinə (MİM) nail olmaq istiqamətində əhəmiyyətli addımlar atılsa da, irəliləyiş əhalinin daha kasıb təbəqəsinə təsir etmədiyi üçün, 2015-ci ilin sonuna kimi bütün məqsədlərə nail olunması sual altında qalmaqdadır.

BMT-nin Minilliyin Inkişaf Məqsədləri-2011 adlı hesabatı yayılıb. Sənəddə deyilir ki, Minilliyin İnkişaf Məqsədlərinə (MİM) nail olmaq istiqamətində əhəmiyyətli addımlar atılsa da, irəliləyiş əhalinin daha kasıb təbəqəsinə təsir etmədiyi üçün, 2015-ci ilin sonuna kimi bütün məqsədlərə nail olunması sual altında qalmaqdadır.

BMT Baş katibi Ban Gi-Mun tərəfindən təqdim olunan hesabatda deyilir ki, 2000-ci ildə dünya liderlərinin ifrat yoxsulluq, aclıq və savadsızlığı azaltmaq üçün qarşıya qoyduqları məqsədləri həyata keçirməkdə əhəmiyyətli uğur əldə edib. "MİM artıq milyonlarla insanı yoxsulluqdan çıxarmağa, saysız- hesabsız uşaqların həyatını xilas etməyə və onların məktəbə getmələrini təmin etməyə, ana ölümünü azaltmağa, qadınlar üçün imkanları genişləndirməyə, təmiz suya çıxışı artırmağa, ölümcül və əzablı xəstəlikdən bir çox insanları azad etməyə nail olub”.

Baş katib həmçinin deyib ki, qadınların və qızların hüquqlarının təmin olunması, davamlı inkişafın təbliğ olunması və münaqişələr, yemək və yanacaq qiymətinin dəyişməsi kimi böhranların təsirlərindən daha həssas təbəqənin qorunması üçün görüləcək işlər hələ də qalır. "Məqsədlərinə nail olmaq ədalətli və əhatəli iqtisadi artım tələb edir – bu artım hər kəsə aid olaraq, bütün insanlara, xüsusilə də yoxsul və təcrid olunmuşlara iqtisadi imkanlarından faydalanmaq imkanını verir", deyə Baş katib bildirib.

Hesabatda bildirilir ki, qida və enerji sahəsində böhranlara baxmayaraq qlobal yoxsulluq həddi 23 % -lik hədəfdən 15 %-dək azalıb.

- 5 yaşınadək uşaqların ölümü 1990-cı ildə 12.4 milyondan 2009-cu ilədək 8.1 milyona enib. Bu, o deməkdir ki, hər ay təxminən 54.400 uşaq dünyasını dəyişir.

- Artırılmış maliyyə dəstəkləri və intensiv nəzarət səyləri malyariyadan dünyasını dəyişənlərin sayını dünya səviyyəsində 20 % -ə - təxminən 2000-2009-cu illər ərzində 985.000-dən 781.000-ə kimi azaldıb.

- Yeni HİV yoluxmaları davamlı olaraq azalır. 2009-cu ildə 2.6 milyon insan yenidən HİV-ə yoluxub. Bu isə 1997-ci illə müqayisədə yoluxmaların yüksək həddə çatdığı vaxtdan 21 % -ə enək deməkdir.

- Artırılmış maliyyə dəstəyi və eləcə də genişləndirilmiş proqramlar nəticəsində 2004-cu ildən 2009-cu ilə kimi HİV və QİÇS-dən antiretroviral müalicə alanların sayı 13 dəfə artıb.

-1990-2008-ci ildən bəri 1.1 milyard insan şəhərdə və 723 milyon adam kənd ərazilərdə təkmilləşdirilmiş içməli su mənbələrindən istifadə etmək imkanı əldə edib.

Baş katib dünya liderlərini ən zəif təbəqələrin köməyinə yetişməyə çağırıb. Hesabata görə, irəliləyiş hər yerdə eyni səviyyədə olmayıb və həddən artıq çox insan hələ də diqqətdən kənarda qalmaqdadır. Ölkələr arasında və daxilində geniş fikir ayrılıqları hələ də qalmaqdadır. “İrəliləyiş iqtisadi təbəqədə ən aşağı yeri tutanlardan yan keçməyə yönəlir və ya əks təqdirdə onların cinsindən, yaşından, bacarıqsızlığından və ya etnik mənşəyindən irəli gələrək ziyan çəkir”, - deyə cənab Ban Gi-Mun bildirib.

Hesabata görə, münaqişə zonalarında yaşayan kasıb uşaqların gələcəkdə məktəbdən kənar qalması mümkünlüyünü artırır. Dünyada, məktəbə getməyən ibtidai sinif yaşında olan uşaqların 42%-i, yəni 28 milyonu münaqişədən təsirlənən kasıb ölkələrdə yaşayır.

Sənəddə bildirilir ki, sanitariya sahəsində olan irəliləyişlər çox hallarda yoxsul və kənd yerlərində yaşayanları əhatə etmir. “2.6 milyondan çox insan hələ də tualet və təkmilləşdirilmiş başqa sanitariya növlərindən istifadə imkanından kənarda qalır”.

XS
SM
MD
LG