Accessibility links

Gəlir bərabərsizliyi seçicilərin başlıca narahatlıq mənbəyidir [Video]


Minimum maaş debat mövzusudur
please wait

No media source currently available

0:00 0:02:55 0:00

Şirkətlər işçilərini minimal əmək haqqı ilə təmin etməlidirmi? Bu il Amerikanın seçki mövsümündə azgəlirli işçilərin saatlıq məvaciblərinin artırılması və işlərin ABŞ-a geri qaytarılması məsələləri gündəmdədir. Meyn ştatının Portland şəhərindəki seçicilərin məsələyə münasibət bildirib.

Bir işlə bunların öhdəsindən gəlmək mənə real görünmür. Borcları ödəmək üçün 2, və ya 3 işə ehtiyac var.

Hillari Morrisonun başında çox fikir dolaşır. İcarə, ərzaq, təhsil kreditlərinin ödnəişləri kimi.

“Bir işlə bunların öhdəsindən gəlmək mənə real görünmür. Borcları ödəmək üçün 2, və ya 3 işə ehtiyac var.”

Yaşayış xərcləri yüksək olan bu şəhərdə Hillarinin maaşı restoran işçiləri ilə müqayisədə 3 dəfə artıqdır.

“Belə çox maaş almaq yaxşı bir şeydir.”

İnsanlara yaşayışa kifayət edəcək qədər məvacib ödənilməsi mənəviyyat məsələsi olmaqla yanaşı, insanda yaxşı biznes hissi yaradır. Bunu Hillarinin müdiri Stiv Korman deyir.

“Mən işçilərimi itirmək istəmirəm.”

Korman bəxşişə işləyən çalışanlara 3 dollar 75 sent ödəməsinin restoranında xidmət səviyyəsini yüksəltdiyini deyir.

“Cümə və şənbə günləri onların əlində saat haqqı 30 dollar olur. Əgər həftədə iki dəfə buna nail olurlarsa, bu, yaşayış üçün kifayət edər.”

Minimum maaşın qaldırılması iqtisadiyyata yardım edir, yoxsa işsizliyi artırır?
Minimum maaşın qaldırılması iqtisadiyyata yardım edir, yoxsa işsizliyi artırır?

O, ştatda minimal əmək haqqının artırılmasına dair qərarı məhz buna görə dəstəkləyir.

ABŞ-da işçilər daha yüksək məvacib tələbi ilə yürüşlər keçirərək, prezident seçkiləri dönəmində bərabər gəlir məsələsini gündəmə gətirib.

Hillari Klinton: “Əgər minimal əmək haqqının yaşayış üçün kifayət edəcəyinə və heç kimin övladını yoxsulluqda böyütməyəcəyinə inanırsınızsa, bizə qoşulun.”

Hillari Klintonun rəqibi Dobald Tramp yerli hökumətləri işçilərin iqtisadiyyat üçün nə etdiklərinə qərar verməyə çağırıb.

Donald Tramp: “Ştatlar özləri qərar verməlidir.”

Minimal əmək haqqı qanununun dəyişdirilməsi restoranları qiymətləri artırmağa və ya məsrəflərini azaltmağa vadar edəcək.

Biz insanları məvacibin dəyəri ilə damğalaya bilmərik. Saatı 11 dollar olan işi sən 12 dollara gör demək olmaz. Bir halda ki, biz bir pizzaya 30 dollar ödəməyə hazırıq.

Restoran sahibi Kris Till: “Biz insanları məvacibin dəyəri ilə damğalaya bilmərik. Saatı 11 dollar olan işi sən 12 dollara gör demək olmaz. Bir halda ki, biz bir pizzaya 30 dollar ödəməyə hazırıq.”

Tillin dediyinə görə, işçilər həyat standartlarını hökumətin süni şəkildə yerli iqtisadiyyatları minimal əmək haqqının qaldırması ilə deyil, təhsil yolu ilə yüksəldə bilər.

“Məsələ minimal əmək haqqında deyil, məsələ vergilərdir. İş yerlərini ixtisar etməklə, kiçik bizneslərin bağlanması ilə sənaye də dəyişəcək.”

Seçki mövsümündə iqtisadi qeyri-müəyyənlik yaşanmasına baxmayaraq rəy sorğularına görə Meyn əhalisi maaşları artırana səs verəcək.

XS
SM
MD
LG