Accessibility links

Minskdə bazar günü 200-dən çox nümayişçi həbs edilib


Minskdə uzunmüddətli prezident Alexander Lukashenkoya etirazlarını davam etdirən nümayişçilərdən 200-dən çoxu həbs edilib.

Minlərlə insan Lukaşenkonun istefasını tələb edib.

Hüquq-müdafiə təşkilatı Vesna-96-nın bildirdiyinə görə, fəalların polisdən yayınmaq ümidi ilə etiraz aksiyalarının mərkəzsizləşdirilməməsi səylərinə baxmayaraq, 205 nəfər nəzarət altına alınıb.

Avqustun 9-da uzunmüddətli lider Lukaşenkonun beynəlxalq müşahidəçilər tərəfindən ədalətli və şəffaf olmadığı deyilən səsvermədə hakimiyyəti əlində saxladığı və əsas müxalifət liderlərinin tutulduğu və ya qaçmağa məcbur olduğu prezident seçkilərindən sonra hər həftə etiraz aksiyaları keçirilir.

Etirazlar 7500-dən çox həbs və nümayişçilərə qarşı polis zorakılığına səbəb olub.

31 yaşlı bir nümayişçinin bu ayın əvvəlində öldülməsindən sonra küçə etirazları yenidən güclənib. Fəallar onun mitinq zamanı təhlükəsizlik qüvvələri tərəfindən ağır şəkildə döyüldüyünü deyib.

İstefa çağırışlarını rədd edən Lukaşenko 26 ildir hakimiyyətdədir.

Ölkədə və xaricdə səsvermənin onu iqtidarda saxlamaq üçün kobud şəkildə saxtalaşdırıldığına dair geniş iddialara baxmayaraq, Lukaşenko səslərinn 80%-ini qazanaraq, seçkilərdə böyük əksəriyyətlə qələbə əldə etdiyini deyir.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG