Accessibility links

Minskdə onlarla insan həbs edilib


Belarusda Aleksandr Lukaşenkonun prezident kürsüsündən uzaqlaşdırılmasına yönəlmiş nümayişlərdə onlarla nümayişçi həbs edilib.

Vyasna insan haqları qrupunun bildirdiyinə görə, Minsk və Baraulianyada ən az 130 nəfər nəzarət altına laınıb. Ölkə daxilində digər həbslərin də olduğu bildirilir.

Hüquq mühafizə-orqanlarının bəzi nümayişçilərə qarşı gözyaşardıcı qaz və səs bombasında istifadə etdiyini deyilir. Minskdə mobil İnternet xidmətləri mövcud deyil və mərkəzi metro stansiyaları bağlanıb.

Nümayişlərdə neçə nəfərin iştirak etdiyi aydın deyil.

Avqustun 9-da keçirilən mübahisəli seçkilər Lukaşenkoya altıncı prezidentlik müddəti bəxş edib Bundan sonra ölkədə davamlı etirazlar yaşanır.

ABŞ və Avropa İttifaqı Lukaşenkonun yenidən seçilməsini tanımır.

Müxalifət Lukaşenkonun istefasını, bütün siyasi məhbusların sərbəst buraxılmasını və yeni bir seçki tələb edir.

Belarus lideri cümə günü prezidentlik vəzifəsindən yeni konstitusiya qəbul edildikdən sonra gedəcəyini deyib və islahatlar çərçivəsində prezident səlahiyyətlərinin məhdudlaşdırılmasını təklif edib. Lakin o, bu addımların nə vaxt atılacağı barədə heç nə deməyib.

Avqust ayının 9-da keçirilən prezident seçkilərindən bəri onu istefaya çağıran kütləvi etirazlarla qarşılaşan Lukaşenko bu şərhini Rusiyanın xarici işlər nazirinin böhranı aradan qaldırmaq üçün konstitusiyada islahatları davam etdirməsini deməsindən bir gün sonra verib.

"Yeni konstitusiyaya əsasən sizinlə prezident kimi çalışmayacağam" - deyə, Belta xəbər agentliyi Lukaşenkodan sitat gətirib.

Lukaşenko həddindən artıq səlahiyyətin prezidentin əlində cəmləşdirdiyi üçün mövcud konstitusiyanın islahata ehtiyacının olduğunu və vəzifəsindən indi gedərsə “problemlər” yaşanacağını deyib.

O, bunları koronavirus xəstələrini xəstəxanada ziyarət etdiyi vaxt deyib.

Keçmiş kolxoz sədri, 66 yaşlı Lukashenko 1994-cü ildən bəri Belarusa rəhbərlik edir.

XS
SM
MD
LG