ATƏT-in Minsk Qrupunun həmsədrləri regiondan Berlinə (Almaniya ATƏT-ə sədrlik edir), sonra Vyanaya (ATƏT-in mərkəzi ofisi) dönəcək. Bu barədə ATƏT-in baş katibi Lamberto Zanyer RİA-Novosti agentliyinə bildirib.
“Onlar hazırda bölgədədir və gələcək addımları müəyyən etmək, nə etmək lazım olduğunu nəzərdən keçirmək üçün orada qalacaqlar. Sonra sədrə məlumat verməlidirlər. Odur ki, düşünürəm ki, onlar Berlinə gedəcəklər, sonra Vyanaya nə zaman getmək lazım olduğunu özləri müəyyən edəcəklər”, o bildirib.
Zanyer qeyd edib ki, həmsədrlər missiyasının vaxt üzrə məhdudiyyəti yoxdur, ancaq onlar “məruzə etmək üçün gələcəklər, hesab edirəm ki, bu məsələ bir neçə həftə sürəcək”.
Qeyd edək ki, ilk dəfədir ki, Minsk Qrupunun həmsədrləri bölgədə bu qədər uzun müddətə qalacaqlar.