Accessibility links

Bu il Aralıq dənizində 2500-dən artıq miqrant boğulub


BMT-nin qaçqınlar agentliyinin bildirdiyinə görə, bu il ərzində Aralıq dənizində 2500-dən artıq miqrant boğulub.

Ötən il dəniz yolu ilə Avropaya yol alan insanların 1855-i həyatını itirib.

Aralıq dənizində miqrantların ölüm şansı 81 faiz təşkil edir

Bu gün agentliyin keçirdiyi brifinq zamanı sözçü Uilyam Spindler deyib ki, Aralıq dənizində miqrantların ölüm şansı 81 faiz təşkil edir. O, ölən 2119 nəfərin Şimali Afrika ölkələrindən olduğunu bildirib.

Bu marşrutla Avropaya keçmək istəyən hər 23 nəfərdən 1-ni ölüm gözləyir.

BMT-nin qaçqınlar agentliyinin bildirdiyinə görə, miqrantlar əsasən Nigeriya, Qambiya, Suriya, Əfqanıstan və İraq vətəndaşlarıdır.

Təkcə ötən həftə ərzində 800-dən çox adam sulara qərq olub.

Dünyaya Baxış

Dünyaya Baxış. Nazarbayev etirazlardan sonra ilk dəfə video müraciət yayımlayıb
please wait

No media source currently available

0:00 0:10:04 0:00
XS
SM
MD
LG