Accessibility links

Avropa İttifaqı sərhəd qanunlarını sərtləşdirir


Avropa İttifaqı zəngin üzv ölkələrin resurslarını tükəndirən miqrantların misli görünməmiş axınının qarşısını almaq məqsədilə sərhəd qanunlarını daha da sərtləşdirməyə qərarlıdır.

Avropa İttifaqının nəhəng problemləri 19-cu əsrə dayanan düşüncə, mentatlitet və ekstra-institusional təşəbbüslərlə həll oluna bilinməyək.
Nikos Kotzias

Cümə axşamı Brüsseldə görüşən Avropa İttifaqının daxili işlər və ədliyyə nazirləri belə qərara qəliblər ki, gələn həftə Aİ-Türkiyə sammitinədək Türkiyədən gələn miqrantların sayı azalmasa, bu cür tədbirlərin birtərəfli qaydada həyata keçmək ehtimalı artacaq.

Jurnalistlər önündə çıxış edən Almaniya daxili işlər naziri Tomas de Maizier deyib ki, Avropa İttifaqı martın 7-dək Türkiyə və Yunanıstan sərhədindəki miqrantların sayıının azalmasını gözləyir.

Almaniya parlamenti cümə günü sığınacaq prosedurlarını, eləcə də sığınacaq tələbləri rədd edilən insanların geri göndərilməsini sürətləndirmək məqsədilə daha sərt sığınacaq qanunları qəbul edib. Yeni şərtlərə əsasən, məhdud qorunma ilə təmin olunan sığınacaq axtaran şəxslərin ailələri ilə yenidən birləşmələrinə ikiillik qadağa tətbiq olunacaq ki, buna uşaqlar da daxildir.

Ege dənizi vasitəsilə Türkiyədən Yunanıstana keçməyə çalışan qaçqınlar
Ege dənizi vasitəsilə Türkiyədən Yunanıstana keçməyə çalışan qaçqınlar

Xristian Demokrat Partiyasına mənsub Almaniyanın parlamentlərarası dövlət katibi Ol Şroeder parlamentdə müzakirə olunan daha sərt qanunları dəstəkləyib. O, bu tədbirlərin ölkənin imkanlarını qoruyub-saxlamaq üçün vacib olduğunu deyib.

“Biz ölkəmizin imkanlarını qorumalıyıq. Ailələrin yenidən birləməsinə tətbiq olunan qadağa da bu məqsədə xidmət göstərir. Mən tənqidçilərə koalisiyanın bu qərara asanlıqla gəlmədiyini bildirmək istəyirəm. Amma buna təcili ehtiyac var. Bizim ölkəmiz özünü və insanlarını humanitar yardım ilə yükləməməlidir.”

Brüsseldə baş tutan nazirlərarası görüş Avstriyanın çərşənbə günü Yunanıstanı dəvət etmədən qərbi Balkan dövlətləri ilə görüş təşkil etməsi üzərindəki mübahisəyə görə gərgin keçib.

Yunanıstanın xarici işlər naziri yaydığı bəyanatda “Avropa İttifaqının nəhəng problemlərinin 19-cu əsrə dayanan düşüncə, mentatlitet və ekstra-institusional təşəbbüslərlə həll oluna bilinməyəcini” qeyd edib.

Biz ölkəmizin imkanlarını qorumalıyıq. Ailələrin yenidən birləməsinə tətbiq olunan qadağa da bu məqsədə xidmət göstərir.

Xarici işlər naziri Nikos Kotzias “iki ölkə və xalqlar arasındakı dostluq münasibətlərini qorumaq” məqsədilə məsləhətlər aparmaq üçün Yunanıstanın Avstriyadakı səfirini geri çağırıb.

Avropa İttifaqının iqtisadi baxımdan ən problemli üzvü olan Yunanıstan Suriya, Əfqanıstan və İraqdakı zorakılıqlardan qaçan miqrant axınının öhdəsindən gəlmək üçün mübarizə aparır.

Çərşənbə günü Yunanıstan baş naziri Aleksis Tsipras xəbərdarlıq edib ki, Avropa İttifaqı ölkələri miqrant axının yükünü bərabər qaydada bölüşməyə razı olmasa, Yunanıstan daha heç bir razılığa imza atmayacaq.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin heç bir təsirli müxalifət olmadan seçkilərdə qalib gəlib
please wait

No media source currently available

0:00 0:11:28 0:00
XS
SM
MD
LG