Accessibility links

Liviya sahillərində 81 miqrant xilas edilib


Fransanın iki xeyriyyə təşkilatı Liviya sahillərində 81 miqrantı xilas edib. Beləliklə cümə günündən bəri sularda xilas edilənlərin sayı 211-ə çatlb.

Sərhədsiz həkimlər və Aralıq dənizi-SOS təşkilatlatlarının birgə əməliyyatı zamanı xilas edilənlərin əksəriyyəti sudanlı olub.

Eyni zamanda İspaniyanın Open Arms yardım təşkilatı 160 miqrantı xilas etdiyini, onlardan 2-nin xüsusi tibbi yardıma ehtiyacı olduğunu bildirib.

Təşkilat əsasən İtaliya olmaqla, Avropa ölkələrinə müraciət edərək, limanlarını açmağa çağırıb.

İtaliyanın ifrat sağçı daxili işlər naziri Matteo Salvini deyib ki, İtaliya naməlum, qanunsuz miqrantları qəbul etməyəcək.

İtaliya onsuz da çoxsaylı miqrantı qəbul etdiyini bildərək, Avropadan yardım istəyir.

Hər il minlərlə miqrant Afrikadan Liviya vasitəsi ilə Avropaya üz tutur. Onlar təhlikəli qayıqlarla yola düşür, bir çoxarı həyatlarını itirir.

XS
SM
MD
LG