Accessibility links

Bloq: Beynəlxalq Miqrantlar Günü və ya Azərbaycan miqrantları


Men, who used to work in Libya and fled the unrest in the country, play football in a refugee camp at the Tunisia-Libyan border, in Ras Ajdir, Tunisia, Thursday, March 17, 2011. More than 250,000 migrant workers have left Libya for neighboring countries,
Men, who used to work in Libya and fled the unrest in the country, play football in a refugee camp at the Tunisia-Libyan border, in Ras Ajdir, Tunisia, Thursday, March 17, 2011. More than 250,000 migrant workers have left Libya for neighboring countries,

Azərbaycanda miqrantların sayı rəsmi statistikadan dəfələrlə çoxdur

18 oktyabr Beynəlxalq Miqrantlar günüdür.

BMT Baş katibi Ban Gİ Munun müraciətində deyilir ki, miqrasiya qlobal məsələdir.
Baş katibin fikrincə, qlobal iqtisadi və maliyyə böhranının yaşandığı bir zamanda miqrantların hüquqlarına diqqətin ayrılması xüsusilə önəmlidir.

“Büdcə azaldıqca miqrant işçilərə qarşı ayrı-seçkiliyə yol verən kəskin tədbirlər, qeyri-qanuni miqrantlara qarşı qərəzli çıxışlar və miqrantların polis tərəfindən mühakimə edilərək cəzalandırılmasına icazə verən immiqrasiya qanunlarının təklif edildiyini görürük. İqtisadi tənəzzül dövründə, bütün sahələrin işçi-miqrantlardan asılı olduğu və miqrant sahibkarların yeni iş yerlərinin yaradılmasına kömək etdiyini xatırlamaq lazımdır”.

Sənəddə deyilir ki, həssaslıq, təcrid və ayrı-seçkilik halları nəzərə alınmadan miqrasiyaya dair qanunlar qəbul edildikdə, milyonlarla miqrant iflasa uğramış iqtisadi və sosial siyasətin ucuz, bir istifadəlik işçi qüvvəsinə çevrilir və hətta "qeyri-qanuni miqrasiya" əleyhinə aparılan qeyri-düzgün müharibənin qurbanları olur.

“İnsan mobilliyi qəlizləşərək bir çox miqrantların həyata keçirdiyi səfərlər təhlükəli hal aldıqca milli qanunvericiliyin miqrasiya məsələsi ilə bağlı insan hüquqları prinsiplərinə əsaslanan cavab tədbirləri həyata keçirməsi daha da mühüm hala çevrilir”.

Baş katib yüksək səviyyəli dialoqun astanasındakı bir vaxtda üzv dövlətləron miqrasiya siyasətində insan hüquqlarına əsas məsələ kimi yanaşacaqlarına ümid edir.

“Milli səviyyədə isə qeyri-qanuni miqrasiyanın dekriminallaşdırılması, immiqrasiya istintaqları üçün effektiv yolların yaradılması, tibb bacıları və müəllimlər kimi dövlət qulluqçularının immiqrasiya vəkalətlərindən tamamilə uzaq tutulduğuna dair zəmanətin verilməsi tədbirlərini həyata keçirməyə çağırıram”, müraciətdə qeyd edilir.

Azərbaycandakı miqrantlarla bağlı isə bu gün Bakıda krçirilən dinləmələr zamanı Miqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əliyev məlumat verib.

Onun sözlərinə görə 2012-ci ildə Azərbaycan hökuməti əmək miqrantları üçün 11 970 nəfərlik kvota qoyub. Naxşıvan Muxtar Rqespublikası üçün isə 1000 yer müəyyən edilib.
“Amma əmək miqrantlarının sayı dəfələrlə çoxdur”, o QHT sədri qeyd edib.

Ə.Əliyevin fikrincə, bu sahədə real statistika gizlədilir.

“Məsələn, Əmək Nazirliyinin inspeksiyası və Dövlət Miqrasiya Xidməti müəssisələrdə 200-300 qeydiyyata alınmayan əmək miqrantı müəyyən edəndə işəgötürənləri bir pozuntu faktı üzrə cərimələyir.

İşəgötürənlər əcnəbi işçilər üçün icazə almaqda maraqlı deyil, çünki dövlətə vəsait ödəmək istəmirlər. Rəsmi müqavilə olmaması miqrantların hüququnun pozulması ilə nəticələnir”.

Digər tərəfdən, Dövlət Miqrasiya Xidməti bir çox miqrantları leqallaşdırmır. Əliyevin məlumatına görə, son ildə miqrasiya qurumuna 70 min nəfər müraciət edib. Hər dördüncü şəxs rədd cavabı alıb, cərimələnib və deportasiya edilib.

DMX onları məmnuniyyətlə cərimələyir, çünki vəsaitin dörddə biri onun sərəncamına keçir. “Cərimə alınması Miqrasiya Xidmətinin kommersiya fəaliyyətinə çevrilib, o bildirib.

Başqa kateqoriya miqrantların da problemi var. Məsələn, İrandakı siyasi təqiblərdən qaçan azərbaycanlılar faktik olaraq hüquqsuzdurlar.

“2005-ci ildə İrandakı repressiyalardan bura qaçdım. O vaxt mənə qaçqın statusu verildi və iki ildən sonra “yol xəritəsi” vəd olundu. İndiyəcən onu verməyiblər. Heç yerə gedə bilmirəm, Azərbaycanda hərəkətim məhduddur. Mənim kimilər çoxdur. Hətta mobil telefon nömrəsi ala, nikaha girə bilmirik. Azərbaycanda 5 il yaşayandan sonra vətəndaşlıq almaq istədim, rədd cavabı verdilər. Məhkəmə də şikayətimi təmin etmədi. Miqrasiya Xidməti deyir ki, biz miqrant deyilik və 5 ildən sonra Azərbaycan vətəndaşlığı ala bilmərik», deyə iranlı Nəbi Sultanzadə bildirib.

Qamsaxurdiyanın hakimiyyəti dövründə Gürcüstandan gələnlər də Azərbaycan vətəndaşlığı ala bilmir. Eyni zamanda, onlar daşınmaz əmlak sahibidir, yaşayış yerində qeydiyyatları var və Azərbaycan ordusunda xidmət edirlər.

Dinləmələrdə iştirak edən BMT-nin Qaçqınların İşi üzrə Komissarlığının rəhbəri Daq Siqurdson (Dag Sigurdson) qeyd edib ki, qaçqınların problemi onun Azərbaycan rəsmiləri ilə görüşü zamanı diqqət mərkəzindədir.

Görüşdə miqrantların mədəniyyət cəmiyyətlərinin - əfqanların, çinlilərin və çeçenlərin problemləri də müzakirə edilib.
XS
SM
MD
LG