Accessibility links

İsti yay mövsümü miqrantların ölümünə səbəb olur


İstilik dalğası ABŞ-Meksika sərhədində rekord həddə çatan miqrantlar üçün ölümcül vəziyyət yaradıb.

Yalnız iyun ayında ABŞ-ın Arizona ştatının Sonoran səhrasında 43 cəsəd aşkar edilmişdi.

Takson Humanitar Sərhədlər qrupununun bildirdiyinə görə, tibbi müayinə aparatından alınan məlumatlardan istifadə edilərək, 3145 kilometrlik sərhəd hissəsi boyunca cəsədlərin axtarışı həyata keçirilib.

"Baş verənlər,iqlim dəyişikliyinın reallığını göstərir və temperatur getdikcə daha da artır və havanın özü sabit deyil" - deyə, təşkilatının könüllüsü Brad Cons bildirib.

Qrup ABŞ sərhəddən 40 kilometr uzaqlıqda tapılan cəsədləri sənədləşdirib. Bildirilir ki, hər cür təcili yardımdan məhrum olan insan axını olduqca artıb.

Milli Hava Xidməti iyun ayında Arizonanın Feniks və Takson bölgələrində istiliyin rekord həddə çataraq, temperaturun mütəmadi olaraq 43 dərəcə üzərində olduğunu bildirib.

Cons iyun ayında Arizonada miqrant ölüm sayının faciəvi şəkildə çox olduğunu, lakin bunun anormal olmadığını qeyd edib.

"Başqa sözlə, 20 ildir ki, sərhədlərimizdə mühacir ölüm böhranı yaşanır. Arizona-Meksika sərhəd ərazilərinin özündə son 20 ildə təxminən 4000 adam həyatını itirib. Orta hesabla hər iki gündən bir cəsəd aşkar edilir"- deyə, Cons bildirib.

ABŞ immiqrasiya rəsmisi Amerikanın Səsinə bildirib ki, miqrant ölümləri barədə federal məlumatlar sərhəd boyu ştatlarda araşdırma aparatları tərəfindən qeydə alınan kollektiv saydan daha aşağı ola bilər.

Federal rəsmilər oktyabr ayında başlayan 2021 maliyyə ilində sərhəd boyu 324 miqrantın qalıqlarının tapıldığını sənədləşdirib.

ABŞ Gömrük və Sərhəd Mühafizəsinin sözçüsü sərhəd boyu əraziyə həddindən artıq insan toplaşdığını, yay istiliyinin kəskin olduğunu və insanların sərhəddən keçdikdən sonra kilometrlərlə səhralardan keçdiklərini bildirir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG