Accessibility links

Qanunsuz miqrasiya ilə məşğul olan Hindistan vətəndaşları saxlanılıb


Azərbaycan Dövlət Sərhəd Xidməti (DSX) əməkdaşları Azərbaycan-Gürcüstan sərhədində qeyri-leqal miqrasiya ilə məşğul olan mütəşəkkil dəstəni zərərsizləşdirib.

DSX-nın Mətbuat Mərkəzinin məlumatına görə, dekabrın 17-də Ağstafa rayonunun Sadıxlı kəndi (Bakıdan 442 kilometr qərb) ərazisində yerləşən sərhəd zastavasının xidməti sahəsində Azərbaycandan Gürcüstan istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən 2 nəfər Hindistan vətəndaşı - Shukla Sarkhar Jitendrakumar və Shukla Yash Jitendrakumar saxlanılıb.

Fakt üzrə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan əcnəbiləri əraziyə gətirmiş taksi sürücüsü və bir qrup Gürcüstan vətəndaşları ilə əlbir olaraq onların sərhəddən keçirilməsinə bələdçilik edən Samir Bayramov yaxalanıb.

Bununla yanaşı, dekabrın 17-də Ağstafa rayonu “Böyük-Kəsik” sərhəd nəzarəti məntəqəsində Azərbaycandan Gürcüstana keçərkən Hindistan vətəndaşı Singh Sukhvinder şübhəli şəxs qismində saxlanılıb, əşyalarına baxış zamanı üzərindən iki nəfər Pakistan və iki nəfər Hindistan vətəndaşına məxsus pasportlar aşkar olunub. Aparılmış araşdırma zamanı qeyd olunan Hindistan vətəndaşının da qeyri-leqal miqrasiya ilə məşğul olması müəyyənləşdirilib.

Hazırda hər iki fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

XS
SM
MD
LG