Accessibility links

Mir Hüseyn Musəvi İran hökumətini İslam adı altında opponentləri təqib etməkdə ittiham edib


Cənab Musəvi İrandakı mühafizəkarların müxalifətin xarici qüvvələrlə əlbir olduğu haqda ittihamlarını rədd edib

İranın müxalifət lideri Mir Hüseyn Musəvi İran hökumətini İslam adı altında opponentləri təqib etməkdə ittiham edib. Bazar günü öz veb səhifəsində açıqladığı bəyanatda cənab Musəvi İslamda insanları döymək, həbs etmkək, ya da həbsxanalara salmağın olmadığını deyib. O, eləcə də İrandakı mühafizəkarların müxalifətin xarici qüvvələrlə əlbir olduğu haqda ittihamlarını rədd edərək, belə fikirlərin ölkənin mənafeinə xidmət etmədiyini bildirib.

İran müxalifəti mühafizəkar prezident Mahmud Əhmədinejadı ikinci dönəm seçilmək üçün keçən ilin iyun ayında keçirilən seçkiləri saxtalaşdırdığını və həmin seçkilərdə əsl qalibin Mir Hüseyn Musəvinin olduğunu bildirir.

XS
SM
MD
LG