Accessibility links

Mişel Başele atəşkəs çağırışı edib


BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Mişel Başele oktyabrın 9-da Dağlıq Qarabağ münaqişəsi zonasındakı təmas xəttində hərbi əməliyyatların genişlənməsi ilə mülki insanların əziyyət çəkdiyinə dair təşvişini dilə gətirərək, tərəfləri təcili atəşkəsə çağırıb.

Sentyabrın 27-dən bəri bir sıra şəhər, qəsəbə və kəndlərin vurulduğu bildirilib. BMT-nin İnsan Haqları Bürosunun fərqli mənbələrdən aldığı məlumatları müstəqil şəkildə təsdiq edə bilmir.

Məlumatlarda oktyabrın 8-dək hərbi əməliyyatlar nəticəsində uşaqlar da daxil olmaqla, təxminən 53 mülki vətəndaşın öldürüldüyü bildirilir. Böyük əksəriyyəti Dağlıq Qarabağda yerləşən evlər, məktəblər və digər mülki obyektlər daxil olmaqla, çox sayda binanın məhv edildiyi deyilir.

Başale "son günlər münaqişə bölgəsində və ətrafında əhalinin ağır silahlarla hədəf alındığını və atəşə tutulduğunu gördüyümüz çox narahatıq" - deyə, bildirib.

"Bütün dövlətlərə, xüsusilə də münaqişə tərəfləri üzərində nüfuz sahibi olan dövlətlərə, beynəlxalq hüquq çərçivəsində mülki əhalinin qorunması da daxil olmaqla, beynəlxalq humanitar hüquqa hörmət göstərməklə əllərindən gələn hər şeyi etmələrini tələb edirik" , o əlavə edib.

Ali Komissar münaqişə bölgəsində çoxlu hərbi sursatdan istifadə edildiyindən də dərin narahatlığını ifadə edib.

O, 30 ildən çoxdur davam edən bu qarşıdurmanın bütün tərəflərini parçalanma yaratmaq üçün qızışdırıcı, təhqiramiz və ya ayrı-seçkilik ifadələrindən çəkinməyə çağırıb.

Sentyabrın 27-də Azərbaycan və Ermənistan qüvvələri arasında Dağlıq Qarabağ boyunca təmas xəttində döyüşlər intensivləşib. Hər iki tərəfdə çoxsaylı hərbi itkilərin olduğu barədə məlumatlar verilir.

Şərhlərə bax

XS
SM
MD
LG