ABŞ-ın sabiq birinci xanımı Mişel Obama prezidentliyə ehtimal edilən demokrat namizəd Co Baydenə dəstəyini bildirib.
O, Baydenin "şəfqətli, dəyanətli və layiqli insanlar"ın yaşadığı ölkəyə qabiliyyətli bir lider olacağını deyib. Mişel Obama eyni zamanda prezident Trampı kəskin tənqid edərək, onun digərlərinin hisslərini və təcrübəsini anlamağa qadir olmadığını bildirib.
Bazar ertəsi demokratların qeyri-adi virtual qurultayının ilk günü danışan Obama Trampın əvvəlki administrasiyalar tərəfindən qurulan beynəlxalq ittifaqlardan üz döndərdiyini, iqtisadi və sosial böhranlara və koronavirus pandemiyasına lazımi dərəcədə cavab verə bilmədiyini deyib.
"İcazə verin, dürüst və aydın olum. Donald Tramp ölkəmiz üçün yararsız prezidentdir. Onun iş gördüyünü sübut etmək üçün kifayət qədər vaxtı var idi, amma o, görünür, özündə deyil" - deyə, sabiq birinci xanım əlavə edib.
Tramp isə Minnesotanın Mankato şəhərində təşkil edilən siyasi toplantıya gedərkən dayandığı Minniapolis Pol hava livanında demokratları lağa qoyub.
"Bir nitqin lentə yazıldığını eşitdiyiniz zaman elə də maraqlı bir şey olmur, elə deyilmi?" deyən Trampın sözlərini tərəfdarları gülüşlə qarşılayıb.
Sabiq prezident Barak Obama tanınmış demokratlar, daha az tanınan şəxslər və bir neçə respublikaçı dissidentin paradına rəhbərlik edib. Onlar iki saat boyunca Baydeni ölkənin tarixi səhiyyə böhranının, iqtisadi və irqi ayrı-seçkilik kimi məsələrin həllinə layiq bir şəxsiyyət kimi tərifləyiblər.
Bayden Obamanın prezidentlik dövründə 8 il vitse-prezident vəzifəsində çalışıb.
Co Bayden Kaliforniya senatoru Kamala Harrisi vitse-prezidentliyə namizəd göstərərək, prezident seçkilərində əsas partiyadan seçkidə ilk qaradərili qadını seçməklə tarixi addım atmış oldu.
Harrisin seçimi eyni zamanda Baydenin prezident Donald Trampı məğlub etməsi üçün qaradərili seçicilərin oynadığı rolu göstərir.
Demokrat partiyasından namizədliyini irəli sürmüş Kamala Harris ilkin seçkilərdə Baydenin rəqibi olub. 55 yaşlı Harris Kaliforniya ştatından birinci müddətə senator seçilib və partiyasının nüfuzlu fiqurlarından biridir.
Baydenin avqustun 18-də Demokrat Partiyasından prezidentliyə rəsmən namizədliyi irəli sürülməlidir.
Mişel Obama Baydenin ölkənin mövcud problemlərini həll edə biləcək bir insan kimi dəyərləndirib.
"Mən Conu tanıyıram. O, inamla irəliləyən dərin düşüncəli insandlr. O, bir vitse-prezident kimi də çox yaxşı idi. O, iqtisadiyyatı xilas edəcək , pandemiyanı dayandıracaq və ölkəni idarə edəcək bir insandır" - deyə, Mişel Obama əlavə edib.
Bazar ertəsi gecəsi Kristin Todd Vaytman və bir dəfə prezidentliyə namizəd, keçmiş Hewlett-Packard-ın icraçı direktoru Meq Vayitman da daxil olmaqla, Bideni Trampdan ölkə üçün daha yaxşı seçim olaraq dəstəkləmək üçün qarşı tərəfin qurultayında qeyri-adi çıxışlar edən bir sıra respublikaçı simaları yer alıb.
Respublikaçılar avqustun 24-də Şimali Karolinanın Şarlot şəhərində toplaşaraq Trampın namizədliyinin bir daha irəli sürülməsi üçün GOP standartı üzrə səsvermə planlaşdırır.