Accessibility links

Misirdə polis nümayişçiləri dağıtmağa çalışır


Misirin şimal şəhəri olan İskəndəriyyədə polis mübahisəli Konstitusiya referendumunun ikinci günü ərəfəsində etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edib.
Konstitusiya əleyhinə olan nümayişçilər və mühafizəkar islamçılar bir-birinə daş atması polisi gözyaşardıcı qazdan istifadə etməyə məcbur edib. Yaralananlar barədə hələlik məlumat verilmir.

İskəndəriyyədə minlərlə misirli küçələrə çıxaraq bayraqlar dalğalandırıb və şüarlar səsləndirib. Mühafizəkar islamçılar sabah keçiriləcək səsvermə öncəsi kütləvi yürüşə çağırıb.

Onlar yürüşü prezident Məhəmməd Mursinin Müsəlman Qardaşları və Sələfi qruplara dəstək mahiyyəti daşıyır.
XS
SM
MD
LG