Misirin qədim Luksor şəhərində xarici turistləri gəzdirən hava balonu qəzaya uğrayıb. Nəticədə Cənubi Afrikadan olan 1 turist həlak olub, 7 digər turist xəsarət alıb.
Hadisədə zərərçəkənlərin hansı ölkələrdən olduğu bəlli deyil. Hava balonunda olan digər 12 turist heç bir xəsarət almayıb.
Rəsmilər insidentə güclü küləyin səbəb olduğunu bildirib. Günorta saatlarında havaya qalxan balon 450 metrlik yüksəklikdə 45 dəqiqəlik səyahətdən sonra düşüb.
Eyni vaxtda səmaya qalxan digər balonlar qəzasız yerə enməyə nail olub.
Sinoptiklər Misirin şimal və Nil çayı vadisində güclü külək olacağını proqnozlaşdırmışdı.
İsti hava balonlarının qəzaları Luksorda daha əvvəllər də baş verib.
2013-cü ildə balon şəkər qamışı sahəsinə düşərək, 19 turistin ölümünə səbəb olmuşdu.
2016-ci ildə 22 çinli turistin yaralanmasından sonra uçuşlar müvəqqəti dayandırılmışdı.