Accessibility links

Misir Efiopiyaya Nil üzərində inşa etdiyi bəndlə bağlı xəbərdarlıq göndərib


Misir prezidenti Abdel Fəttah Əl-Sissi son bir neçə gündə ikinci dəfədir Efiopiyaya inşa etdiyi bəndlə bağlı sərt xəbərdarlıq göndərib. İki ölkə Sudan ilə birlikdə bəndin mümkün təsirləri ilə bağlı araşdırmanı təsdiq edə bilməyib.

Efiopiya Mavi Nil üzərində Afrikanın ən böyük hidroelektrik bəndinin inşasını sona çatdırmaq üzrədir. Misir bəndin ölkəyə su təchizatını kəsəcəyindən narahatdır.

Ötən həftə Qahirə üç ölkənin konsultasiya firmasının bəndin Misir və Sudana mümkün təsirləri ilə bağlı apardığı araşdırmanı təsdiq edə bilmədiklərini bildirib.

Efiopiya davamlı olaraq Misiri arxayın etməyə çalışıb, lakin Qahirənin daha yaxın koordinasiya etmək səyləri heç bir nəticə verməyib.

Əl-Sissi şənbə günü televiziyada yayımlanan çıxışında misirliləri təskinləşdirməyə çalışıb, amma “suyun ölüm-dirim məsələsi” olduğunu vurğulayıb.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Senatı Ukraynaya 40 milyard dollarlıq yardım paketini təsdiqləyib
please wait

No media source currently available

0:00 0:11:04 0:00
XS
SM
MD
LG