Accessibility links

Misir rəsmiləri jurnalist və insan haqları fəalı Hussam Bahqatı azad edib


Misir hərbi qüvvələri jurnalist və insan haqları fəalı Hussam Bahqatı BMT və insan haqları qrupları onun saxlanılmasını qınadıqdan sonra onu azad edib.

Misir rəsmiləri Bahqatı bazar günü həbs edərək, onu oktyabr ayında 26 zabitin hərbi tribunal tərəfindən dövlət çevrilişində ittiham edilməsinə dair məqaləsində yanlış xəbərlər yaymaqda günahlandırıb.

Hussam Bahqat Misirin tanınmış insan haqları müdafiəçisi və Özəl Hüquqlara dair Misir Təşəbbüsü adlı qrupun təsisçisidir.

Onun vəkili deyib ki, Bahqatın hüquqi statusu və ya hərbi məhkəmə qarşısına çıxarılıb-çıxarılmayacağı aydın deyil. Ordu onu milli təhlükəsizliyə zərər vurmaq və icazəsiz hərbi qüvvələr haqda yazmaqda ittiham edib.

BMT-nin Baş katibi Ban Ki Mun Bahqatın həbs edilməsil bağlı narahatlığını bildirib.

Amnesty International təşkilatı bildrib ki, Bahqatın həbsi Misir rəsmilərinin müstəqil jurnalistlər və vətəndaş cəmiyyətinə qarşı təqibləri davam etdirmək niyyətində olduğuna işarədir.

XS
SM
MD
LG